Yuxarı

"Qalatasaray" Türkiyə çempionu oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qalatasaray” komandası futbol üzrə Türkiyə Superliqasının sonuncu turunda səfərdə “Göztəpə”ni məğlub edərək tarixində 21-ci dəfə çempion olub.

Axar.az xəbər verir ki, sonuncu tur ərəfəsində rəqiblərindən üç xal öndə olan “Sarı-qırmızılar”a çempion olmaq üçün səfər matçında heç-heçə də kifayət edirdi. Fatih Terimin komandası rəqibinə 1:0 hesabı ilə qalib gələrək 75 xalla Türkiyə Superliqasının 2017/2018-ci il mövsümünü turnir cədvəlinin birinci pilləsində başa vurub.

Baş hakim Cüneyt Çakırın idarə etdiyi matçın 66-cı dəqiqəsində qonaq komanda hesabı açıb. İstanbul təmsilçisinin hücumçusu Bafetimbi Qomis meydan sahiblərinin qapısına təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirib. Bu, cari çempionatın bombardirinin Superliqadakı 29-cu qolu olub.

Çempionluq uğrunda mübarizə aparan komandalardan “Fənərbağça” klubu “Konyaspor”u 3:2, “Başakşehir” isə “Kasımpaşa”nı 3:2 hesabı ilə məğlub edib. Dördüncü yerdə qərarlaşan “Beşiktaş” isə “Sivasspor”a 5:1 hesabı ilə qalib gəlib.

Beləliklə, “Fənərbağça” və “Başakşehir” 72 xalla müvafiq olaraq turnir cədvəlində ikinci-üçüncü yerləri bölüşüblər. “Beşiktaş 71 xalla dördüncü, “Trabzonspor” 55 xalla beşinci sırada qərarlaşıb.

Tarix
2018.05.19 / 22:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla