Yuxarı

Millimiz qələbə seriyasının ardını gətirə bilmədi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 26-da qadın voleybolçular arasında Qızıl Avropa Liqasında üçüncü turun qarşılaşmaları start götürüb. İlk iki matçda qalib gələn Azərbaycan millisi üçüncü görüşdə Bolqarıstan yığması ilə üz-üzə gəlib.

Axar.az xəbər verir ki, Sofiyada Xristo Botev Sarayında təşkil olunan oyunu Aleksandros Milonakis (Yunanıstan) və Çavdar Marev (Bolqarıstan) idarə ediblər. Görüş rəqib komandanın 3:1 (17:25, 25:17, 25:14, 25:21) hesablı üstünlüyü ilə başa çatıb.

Millimizin yer aldığı qrupun digər görüşündə Portuqaliya millisi Ukrayna yığmasını qəbul edəcək. Həmin qarşılaşma mayın 27-də oynanılacaq.

Qızıl Avropa Liqasında milli komandalar üç qrupda mübarizə aparırlar. “E” qrupunda yer alan Azərbaycan yığmasının rəqibləri Ukrayna, Portuqaliya və Bolqarıstan seçmələridir. Komandamız ilk görüşdə Bakıda Ukrayna yığmasını 3:1, ikinci qarşılaşmada isə Portuqaliya seçməsini eyni hesabla məğlubiyyətə uğradıb.

Liqanın final mərhələsi Macarıstanda keçiriləcək.

Xatırladaq ki, Azərbaycan millisi 2016-cı ildə bu yarışın çempionu adını qazanıb.

Tarix
2018.05.26 / 22:48
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla