Yuxarı

Şeydayevin Avstriya macərası niyə baş tutmadı?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin gələcək taleyi qeyri-müəyyən olaraq qalır.

APA-nın məlumatına görə, “Mattersburq” “transfer pəncərəsi”nin son gününə qədər ondan xəbər gözləyəcək.

Komandanın baş məşqçisi Gerald Baumqartner “Trabzonspor”un forvardından vaz keçmədiklərini söyləyib. Lakin 54 yaşlı mütəxəssis vəziyyətin çətinləşdiyini etiraf edib: "Türkiyə klubundakı dəyişikliklər Şeydayevin transferinə təsir etdi. Onun keçidi ilk vaxtlar nisbətən asan görünürdü. Lakin “Trabzonspor” klubunda prezident və baş məşqçi dəyişikliyi planlarımızı pozdu. Yeni baş məşqçiləri hələ də onun gedişinə razılıq verməyib. Bizim gözləmə mövqeyi tutmaqdan başqa əlimizdən bir şey gəlmir”.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında “Qarabağ”da keçirən Ramil Şeydayev hazırda müqavilə ilə məxsus olduğu “Trabzonspor”un Sloveniya toplanışında iştirak edir. Baş məşqçi Ünal Karaman onunla bağlı qərarı hazırlıqdan sonra verəcəyini bildirib.

Tarix
2018.07.14 / 00:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla