Yuxarı

Belçika dünya üçüncüsü oldu - Yeniləndi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:09

İyulun 14-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatında üçüncü yer uğrunda Belçika və İngiltərə yığma komandaları qarşılaşırlar.

Axar.az xəbər verir ki, Sankt-Peterburq şəhər stadionunda oynanılan görüşdə Belçika millisinin start heyətində Tibo Kurtua, Tobi Alderveyreld, Vensan Kompani, Yan Vertonqer, Youri Telemans, Aksel Vitsel, Tomas Mounye, Naser Şadli, Kevin De Brüyne, Eden Hazard və Romelu Lukaku yer alıblar.

İngiltərə millisinin ilk onbirliyində isə meydana Cordan Pikford, Harri Maquir, Con Stouns, Fil Couns, Erik Dayer, Fabian Delf, Ruben Loftus-Çik, Danni Rous, Kieran Trippier, Harri Keyn və Rahim Sterlinq çıxıblar.

Oyunu iranlı referi Əlireza Faqani idarə edir.

Hazırda çempionatda ən məhsuldar futbolçular siyahısına başçılıq edən ingiltərəli hücumçu Harri Keynin aktivində altı qol var. Onun ən yaxın izləyicisi Romelu Lukaku isə 4 dəfə fərqlənib.

Hər iki komanda dünya çempionatlarında ikinci dəfədir ki, bürünc medallar uğrunda oyuna çıxır. Belçika ilk dəfə 1986-cı ildə üçüncü yer uğrunda əsas vaxtı heç-heçə başa çatan görüşdə Fransaya məğlub olub – 2:4. İngiltərə yığması isə 1990-cı ildə ev sahibi İtaliya millisinə 1:2 hesabı ilə uduzaraq çempionatı medalsız başa vurub.

Bu komandalar “Rusiya 2018”də ikinci dəfə üz-üzə gəlirlər. Çempionatda mübarizəyə “G” qrupunda başlayan komandalar ilk iki görüşlərini qələbə ilə başa vurublar. Belçikalılar Panamanı 3:0, Tunisi isə 5:2 hesabı ilə məğlub ediblər. İngilislər isə Tunisi 2:1, Panamanı 6:1 hesabı ilə məğlubiyyətə uğradıblar. “G” qrupunda sonuncu görüşdə “qırmızı şeytanlar” “dumanlı albion” təmsilçisinə minimal hesabla qalib gəliblər.

Səkkizdəbir finalda Yaponiyanı (3:2), dörddəbir finalda isə beşqat dünya çempionu Braziliyanı (2:1) mübarizədən kənarlaşdıran Belçika millisi yarımfinalda Fransa yığmasına məğlub olub – 0:1.

“G” qrupunun ikincisi kimi səkkizdəbir finala yüksələn İngiltərə yığması isə bu mərhələdə əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə Kolumbiyanı 11 metrlik cərimə zərbələri seriyasında məğlub edərək (4:3) dörddəbir finala vəsiqə qazanıb. Dörddəbir finalda İsveçə 2:0 hesabı ilə qalib gələn ingilislər Xorvatiya ilə yarımfinal görüşündə hesabda irəli olmalarına baxmayaraq, oyunu məğlub tərk ediblər – 1:2.

Xatırladaq ki, dünya çempionatının finalında Fransa və Xorvatiya yığmaları qarşılaşacaqlar.

***

Munier matçın 4-cü dəqiqəsində Belçikanı hesabda irəli çıxardı: 1-0.

***

Azar matçın 82-ci dəqiqəsində Belçika millisininin ikinci qolunu ingilislərin qapısından keçirdi: 2-0.

***

Belçika İngiltərəyə 2-0 qalib gələrək DÇ-2018-in bürünc medalına yiyələndi.

Tarix
2018.07.14 / 19:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla