Yuxarı

"Keşlə" başsız qaldı - Maksimov razılaşmadı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynalı məşqçi Yuri Maksimov “Keşlə”ni tərk edib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Maksimov özü verib. Maksimov ona təklif olunan müqavilənin şərtləri ilə razılaşmadığı üçün bu addımı atıb.

Ukraynalı mütəxəssis azerisport.com-a açıqlamasında “Keşlə”dən getdiyini təsdiqləyib. O qeyd edib ki, klubla hələ ötən mövsümün sonu müddəti bitmiş müqavilə uzadılmayıb. Maksimov onu da deyib ki, istefasının ötən həftə Avroliqanın birinci təsnifat mərhələsində Malta “Baltsan”ı ilə matçdakı məğlubiyyətlə (1:4) əlaqəsi yoxdur:

"Biz həmin matçda layiqli çıxış etdik. Nəticə oyuna görə deyildi. "Keşlə"ni tərk etməyimin səbəbi odur ki, klub rəhbərliyinin təklif etdiyi müqavilənin şərtləri məni qane etmirdi. Yeni müqavilə ilə bağlı danışıqlarımız olsa da, imzalanması ləngiyirdi. Müqaviləsiz işləmək isə qeyri-ciddi olardı. Təklif olunan müqavilənin şərtləri isə məni qane etmirdi".

Tarix
2018.07.16 / 21:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla