Yuxarı

Daha bir idmançımız Avropa çempionu oldu - Yeniləndi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:45

Milanda 15 və 17 yaşadək yeniyetmə oğlanlar və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Qırxa yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnir Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Axar.az xəbər verir ki, iyulun 23-də Azərbaycan yığma komandasının üzvlərindən daha ikisi körpücük üzərinə çıxıb. Fuad Həsənov və Elşən Məmmədov 15 yaşadək oğlanların mübarizəsində 56 kiloqram çəki dərəcəsində qüvvələrini sınayıblar. Fuad Həsənov birdən qaldırma hərəkətində 92 kiloqramlıq nəticə ilə ikinci yeri tutub. Atletimiz təkanla qaldırmada 110 kiloqramın öhdəsindən gələrək bu hərəkətdə də gümüş medala sahib olub. F.Həsənov toplam 202 kiloqram (92+110) nəticə ilə Avropa birinciliyinin yekun sıralamasında da gümüş medal qazanıb.

Ötən il Kosovonun paytaxtı Priştinada keçirilən Avropa birinciliyində bürünc medal qazanan Elşən Məmmədov isə bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Atletimiz birdən qaldırmada 98 kiloqram nəticə göstərib və bu hərəkətdə bütün rəqiblərini üstələyib. Elşən təkanla qaldırma hərəkətində də qızıl medal qazanıb. O, bu hərəkətdə 114 kiloqram nəticə ilə Avropanın ən yaxşısı adına layiq görülüb. E.Məmmədov toplam 212 kiloqram (98+114) nəticə ilə Avropa birinciliyinin yekun sıralamasında da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beləliklə, bu çəki dərəcəsində iki atletimiz 3 qızıl və 3 gümüş medal qazanaraq çempionatda birinci yeri tutub.

***

Milanda 15 və 17 yaşadək yeniyetmə oğlanlar və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Qırxa yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnir Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Milandakı birincilikdə Azərbaycan yığmasının üzvlərindən daha ikisi – Murad Əliyev və Kamil Nəbiyev 15 yaşadək oğlanların mübarizəsində 62 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb.

Kamil Nəbiyev birdən qaldırma hərəkətində 80 kiloqramın öhdəsindən gələrək bu hərəkətdə 12-ci olub. O, təkanla qaldırmada 104 kiloqramı ram edərək doqquzuncu yeri tutub. Toplam 184 kiloqram (80+104) nəticə ilə Kamil Nəbiyev onuncu yerdə qərarlaşıb.

Murad Əliyev isə bu çəkidə Avropa birinciliyinin qalibi adını qazanıb. Birdən qaldırma hərəkətində 100 kiloqram nəticə ilə bütün rəqiblərini üstələyən atletimiz qızıl medala layiq görülüb. Təkanla qaldırma hərəkətində də uğurlu çıxışını davam etdirən təmsilçimiz 118 kiloqramı başı üzərinə qaldıraraq bu hərəkətdə də qalib olub. Toplam 218 kiloqram (100+118) nəticə ilə Avropanın ən yaxşısı adını qazanan Murad Əliyev yekun sıralamada da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Tarix
2018.07.23 / 22:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla