Yuxarı

Yığma komanda olaraq ordumuzun üzvüyük - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərbəst güləş üzrə milli komandamız yarışla əlaqədar Qazax rayonunda təlim-məşq toplantılarını davam etdirir.

Axar.az xəbər verir ki, avqustun 9-dan başlayan təlim-məşqlərdə Azərbaycanın aparıcı idmançıları ilə yanaşı, Rusiya və Kanada yığma komandalarının üzvləri də iştirak edir. Dünya və Olimpiya çempionatlarının mükafatçılarından Hacı Əliyevin, Şərif Şərifovun, Cəbrayıl Həsənovun və başqalarının yer aldığı təlim-məşq toplantılarına ümumilikdə 40 idmançı qatılıb.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, milli komandanın baş məşqçisi Firdovsi Umudovun rəhbərliyi ilə keçirilən təlim-məşq toplantısı zamanı Qarabağ qaziləri və veteranları güləşçilərlə görüşüb. AGF-nin vitse-prezidenti F.Umudov idmançılarımızın vətənpərvər ruhda böyüdüyünü bir daha vurğulayıb:

“Sizinlə fəxr edirik. Biz də yığma komanda olaraq ordumuzun üzvüyük. Ali baş komandanımızın ətrafında sıx birləşmişik. Əsgərlərimizin, ordumuzun yanındayıq. Biz də öz növbəmizdə bayrağımızı ucaldıb, himnimizi səsləndirməliyik”.

F.Umudov torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin, qəhrəmanlıq göstərən döyüşçülərimizin Azərbaycan gəncləri üçün vətənpərvərlik nümunələri olduğunu bir daha vurğulayıb.

Sonda yetişməkdə olan gənc nəsildə vətənpərvərlik hissinin daha da artırılması, onların tariximizi daha dərindən bilmələri üçün qazilər və veteranlarla bu cür görüşlərin mütəmadi olaraq keçirilməsinin vacibliyi qeyd edilib.

Tarix
2018.08.13 / 17:44
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla