Yuxarı

"Qarabağ" usta komandadır - BATE-nin baş məşqçisi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onlar qol vurmalıdırlar. “Qarabağ” hücumda yaxşı legionerləri olan usta komandadır. Rəqibin ilk dəqiqələrdən yüksək templə çıxış edəcəyini gözləyirik.

Report-un məlumatına görə, bunu Belarusun BATE komandasının baş məşqçisi Aleksey Baqa UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

37 yaşlı mütəxəssis evdə keçirəcəkləri qarşılaşma ərəfəsində heyətdəki itkilərdən də söz açıb. O, bildirib ki, Nikola Vasileviç və Slobodan Simoviç ciddi zədədən sonra cavab qarşılaşmasına hazırlaşmırlar: “Digərləri isə məşq edirlər. Əlbəttə, səfərdə çox çətin oyun keçirdik. Ona görə də bəzi futbolçularda xırda xəsarətlər var. Lakin bu, uşaqların oynamasına mane olmayacaq”.

Baş məşqçi Mixail Qordeyçukun da durumuna aydınlıq gətirib. O, 28 yaşlı hücumçuya tam olaraq ümid edə bilmədiklərini gizlətməyib: “Zədə ona məşq etməyə imkan versə də, ağrıları var. Məhz bu səbəbdən, ona yüz faiz ümid edə bilmərik. Qordeyçuk qəhrəmanlıq göstərib həkimlərin icazəsi ilə meydana çıxa bilər. Amma biz insanın sağlamlığı ilə risk edə bilmərik. O, hazırlaşır. Oyun saatında durumuna baxacağıq”.

Qeyd edək ki, avqustun 14-də keçiriləcək BATE – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Belarus təmsilçisi ilk matçda Bakıda qalib gəlib – 1:0.

Tarix
2018.08.13 / 20:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla