Yuxarı

Ramil Quliyev: Son anda əllərimi qaldırmasaydım...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa çempionatında son anda əllərimi qaldırmasaydım, Avropa rekordunu qıra bilərdim. Lakin əllərimi qaldırdığım üçün peşman deyiləm. Çünki həmin anda, həyəcandan kimin nə edəcəyi bəlli deyil. Bunu sevindiyim üçün etdim, çempionluğu qeyd etdim. Rekordu qıra biləcəyimi düşünmədim.

Report xəbər verir ki, bunu Almaniyanın paytaxtı Berlində Türkiyə millisinin heyətində 200 metr məsafəyə qaçışda Avropa çempionu olan azərbaycanlı atlet Ramil Quliyev "Hürriyet"ə müsahibəsində deyib.

28 yaşlı idmançı Azərbaycan bayrağı altında yarışdığı vaxtları da xatırladıb: "2008-ci il Pekin Yay Olimpiya Oyunlarında çıxış etdiyim vaxt 18 yaşım var idi. İddiasız olaraq yarışa qoşulmuşdum. 2009-cu il dünya çempionatında isə peşəkar yarışım oldu. Təbii ki, həmin final dünya rekordu qırılan çempionat oldu. Çox həyəcanlı və zövqlü idi. Useyn Bolt kimi bir idmançı ilə birlikdə qaçırdım. Onunla aramızdakı məsafə böyük idi. Belə bir yarışda iştirak etmək mənə qürür verirdi. Mənim üçün tarixi bir gün idi. 9 il sonra yenə Berlinə gələndə yaxşı nəticə qazanacağımı bilirdim. Bir il bu yarış üçün çalışdım. Burada birinci olmaq mənim üçün önəmli idi".

R.Quliyev olimpiya çempionluğunu hədəflədiyini də açıqlayıb: "Mənim bir xəyalım var. Amma bunu gerçəkləşdirmək, sadəcə, bizim əlimizdə deyil. Xəyalım odur ki, Türkiyədə Yay Olimpiya Oyunları keçirilsin və mən də orada qalib olum".

Tarix
2018.08.13 / 21:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla