Yuxarı

Ölkə çempionu gecə klubunun önündə öldürüldü - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarışıq döyüş növləri üzrə Özbəkistan çempionu, Asiya oyunlarının sərbəst güləş üzrə iştirakçısı Cəmşid Kenjayev öldürülüb.

Yenicag.az xəbər verir ki, o, Daşkənddə "Aurum 898” gecə klubunun mühafizəçiləri tərəfindən qətlə yetirilib. Müşahidə kamerası tərəfindən qeydə alınan və qanlı hadisəni əks etdirən görüntülər sosial şəbəkədə paylaşılıb. Videoda 25 yaşlı idmançının öncə klubun mühafizəçilərilə salamlaşdığı və daha sonra içəri daxil olmağa çalışdığı görünür. Tərəflər arasında mübahisə də məhz bu zaman baş verir. Cəmşidin kluba daxil olmasına imkan verməyən mühafizəçilər onu təpikləyir, stulla qəddarcasına döyürlər.

Özbəkistan Baş prokurorluğunun məlumatına əsasən, mühafizəçilərdən biri gənc idmançını elə özünün bıçağıyla yaralayıb. Zərbə ölümcül olub, Kenjayev xəstəxanada keçinib.

Verilən məlumata görə, idmançı mətbəx bıçağıyla kluba daxil olmağa çalışıb. İnsident zamanı o,iki mühafizəçini ağır yaralayıb. Bu zaman digər bir mühafizəçi bıçağı Cəmşidin əlindən alaraq ona sinə nahiyəsindən bir neçə zərbə endirib. Bundan sonra yerdə yaralı vəziyyətdə uzanan Kenjayev təpiklənib.

Gənc idmançının ehtimal edilən qatiliylə bərabər 4 mühafizəçi saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2018.08.14 / 18:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla