Yuxarı

Qleb etiraf etdi: Bir az şanslı idik

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düzü, bir az şanslı idik. Rəqib təzyiqli oynadı, hətta azlıqda da qaldı. Bizi əks hücuma buraxmamağa çalışırdılar. Vəzifəmiz arxadan etibarlı oynamaq idi. Tələsmədən hücuma keçməyi planlaşdırırdıq. Çünki bizim irəli xətdə sürətli oyunçularımız var.

Report xəbər verir ki, bunu Belarusun BATE komandasının futbolçusu Aleksandr Qleb "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşü barədə danışarkən deyib.

37 yaşlı yarımmüdafiəçi "Qarabağ"ın futbolçularını Finlandiyanın HİK komandasının oyunçuları ilə müqayisə edib:

"Onlar daha texnikalı və sürətli idilər. Fərdi olaraq çox güclü oyunçuları var. "Qarabağ" layiqli rəqibdir. Yaxşı ki, bu komandanı keçə bildik. İndi istirahət edəcəyik. PSV ilə oyundan öncə çempionat matçı var. Daha sonra Hollandiya barədə düşünə bilərik".

BATE Çempionlar Liqasının "play-off" mərhələsində Hollandiya PSV-si ilə qarşılaşacaq. "Qarabağ" isə Avropa Liqasının "play-off" mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi ilə görüşəcək.

Tarix
2018.08.15 / 00:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla