Yuxarı

Rəşad Sadıqov: Özüm çıxıb gedəcəyəm

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güclü komandaya qarşı oynadıq. Rəqibə layiqli müqavimət göstərməyə çalışdıq. Qrupumuzda iki favorit var - Norveç və Almaniya. Norveç artıq Almaniyanı məğlub edib. Bu gün iki futbolçuları oynamırdı, çünki əsas yığmalarına cəlb olunub. Pis oynamadıq. Rəqib üstünlüyə malik idi ki, bu da gözlənilirdi. Futbolçularımızın istəklə və sonadək mübarizə aparmaları sevindiricidir. Ümumilikdə komandamdan razıyam.

Sportnet.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Sadıqov Bakıda Norveçə 1:3 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə qrup matçından sonra mətbuat konfransında deyib. 36 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...

- U-21 yığması I Diviziona buraxılsaydı, daha yaxşı omazdı?

- I Divizion elə səviyyədə turnir deyil ki, ora bu komandanı buraxasan. Bundan dividend almayacağıq. Premyer Liqada oynasaydıq, bu, bizə kömək olardı.

- Hansısa qapıçını milliləşdirmək istəyiniz var?

- Bu haqda düşünmürəm. Kamran İbrahimov potensiala malik qapıçıdır. Bu gün səhv etdi, ancaq ona etimad göstərirəm. Səhvlər üzərində öyrənirsən. Onu özüm bilərəkdən belə oyunlara buraxıram ki, "bişsin".

- Barış Ekincier əsas millinin UEFA Millətlər Liqasında oktyabr matçlarına dəvət ala bilər?

- İstərdim ki, futbolçularımdan kimsə çağırılsın. Barış ilk dəfə U-21-də əsas heyətdə meydana çıxdı. Ümid edirəm ki, növbəti tsikldə daha güclü yığmamız olacaq.

- Milli komanda Millətlər Liqasında uğursuz starta görə çox tənqid olunur...

- Həmişə olduğu kimi, nəticə yoxdursa, tənqid var. Qələbə varsa, tərif olacaq. Bizdə futbolu düzgün təhlil etmirlər. Çoxlu itkimiz vardı, oynayanlar yaxşı formada deyildilər. Mübarizə apardılar, daha yaxşı oynaya bilərdilər. Ümid edirəm ki, növbəti matçlarda formada olacaqlar. Farer adaları ilə matç finala bərabər olacaq. Nəticə olsa, vəziyyət dəyişəcək. Çünki bundan sonrakı 2 matçı evdə keçirəcəyik.

- Millidə lider yoxdur. Əsas yığmaya qayıtmağınız mümkündür?

- Çətinliklərdən qorxmuram. Lazım olsam, yenidən millidə oynayacağam. Ancaq indi belə kritik ehtiyac yoxdu. Hələ ki burada lazımam. Ona görə Azərbaycan futboluna bu sahədə fayda verməyə çalışıram. Uğursuzluq olsa, özüm çıxıb gedəcəyəm.

Tarix
2018.09.11 / 23:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla