Yuxarı

Bakıda gərgin mübarizə: Qaliblər bəlli oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən cüdo üzrə dünya çempionatının altıncı günündə - sentyabrın 25-də daha iki çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib.

Axar.az xəbər verir ki, çempionatın altıncı günündə kişi cüdoçular 100, qadınlar isə 78 kiloqram çəki dərəcəsində güclərini sınayıblar. Səksən səkkiz cüdoçunun mübarizə apardığı yarış günündə ölkəmizi "Rio-2016" Yay Olimpiya Oyunlarının gümüş medalçısı Elmar Qasımov və Zelim Kotsoyev təmsil ediblər. Ancaq cüdoçularımız mükafatçılar sırasında yer ala bilməyiblər.

Qadınların final yarışında niderlandlı Guusje Stinhuisə qalib gələn yaponiyalı Asiya çempionu Şori Hamada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Niderlandlı Marhinde Verkerk və Rusiya idmançısı Aleksandra Babintseva dünya çempionatının bürünc medalına sahib olublar.

Kişilərin yarışında qızıl medal uğrunda görüşdə gürcüstanlı Varlam Liparteliani və Koreya Respublikasından olan cüdoçu Quham Ço üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə koreyalı idmançı qalib gələrək dünya çempionu adını qazanıb. Rusiya təmsilçisi Niyaz İlyasov və monqolustanlı Otqonbaatar Lxaqvasuren dünya çempionatını üçüncü pillədə başa vurublar.

Çempionatın yeddinci günündə - sentyabrın 26-da kişi cüdoçular 100 kiloqramdan, qadınlar isə 78 kiloqramdan yuxarı çəki dərəcəsində güclərini sınayacaqlar. Yarışda ölkəmizi Uşanqi Kokauri və İrina Kindzerska təmsil edəcəklər.

Qeyd edək ki, çempionatda 125 ölkədən 800-dək cüdoçu birincilik uğrunda mübarizə aparır.

Tarix
2018.09.25 / 19:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla