Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Oktyabr 2018


Millimizin getdiyi “keçi ölkəsi”ni tanıyırıqmı? – Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün futbol üzrə Azərbaycan yığmasının Farer adalarında sözügedən ölkənin yığması ilə UEFA Millətlər Liqasının III tur oyunu baş tutacaq. Artıq millimizin üzvləri Farer adalarındadır.

Farer Avropanın ada ölkələrindəndir. Maraqlıdır ki, bir çoxlarımızın oyuna hazırlaşdığımız ölkə haqqında məlumatımız bununla kifayətlənir.

Axar.az bu gün Azərbaycan yığmasının oynayacağı Farer adaları ölkəsi haqqında məlumatı təqdim edir.

“Farer adaları” azərbaycanca “Qoyun adaları” kimi tərcümə edilir. Farer - Atlantik okeanının şimal hissəsində Şotlandiya ilə İslandiya arasında yerləşən adalar qrupudur. Bu adalar Danimarka krallığının tərkibinə daxildir, lakin 1948-ci ildən müdafiə və xarici siyasət məsələləri istisna olmaqla, faktiki olaraq bütün dövlət məsələlərini müstəqil surətdə idarə etmək hüququna malikdirlər.

Keçiləri ilə məşhur olan bu ölkə “keçi ölkəsi” olaraq da adlanır.

Ölkənin rəsmi dili farer dili və Danimarka dilidir.

Farer adalarının paytaxtı və əsas liman şəhəri Streymoy adasının cənub-şərq sahillərində yerləşən Torsxavndır. Ən böyük şəhər hesab edilən Torsxavnın əhalisi cəmi 19 min nəfərdir.

Farer adalarının ikinci ən böyük yaşayış məntəqəsi Klaksvik şəhəridir.

Farer adaları arxipelaqı 18 iri adadan ibarətdir ki, onlardan 17-si insanlar tərəfindən məskunlaşdırılıb. Əsas adaları - Streymoy, Esturoy, Suduroy, Voar, Sandoy, Bordoy adalarıdır.

Farer adalarından İslandiyaya qədər məsafə 450 km, Norveçə 675 km, Kopenhagenə 1117 km.-dir.

Bu gün millimizlə oynayacaq Farer adaları Milli Futbol Komandasının o qədər də qədim tarixi yoxdur. 30 yaşlı komanda 1988-ci ildə yaranıb.

Farer adaları yığması ev oyunlarını həmişə Torşvotl stadionunda keçirir. Stadion 6 min nəfər azarkeş tutumuna malikdir.

Adalar ölkəsi Azərbaycan yığmasını da paytaxtın ən böyük stadionlarından olan Torşvotlda qəbul edəcək.

Tarix
2018.10.11 / 12:30
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Erməni futbolçu Bakıya gəlməyəcək - Rəsmi

Gənc cüdoçumuz dünya çempionu oldu

"Arsenal"ın oyunçusu təyyarəyə görə oyundan imtina etdi

Qurban Qurbanov dünyada neçəncidir? - Yeni reytinq

Neymar Argentina ilə görüşdə bu nəticəyə imza atdı

Son dünya çempionu almanları hesabı açmağa peşman etdi

Formula-1 biletləri satışda - Video

Millimiz Norveçlə oyunda qələbəni əldən verdi

Məşhur futbolçu İngiltərə Liqasına qayıda bilər

Zinəddin Zidan Bakıya gəlir

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla