Yuxarı

Gimnastımız Buenos-Ayresdə qızıl medal qazandı - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün, Buenos-Ayresdə keçirilən Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən idman gimnastı Səməd Məmmədli və bədii gimnastımız Yelizaveta Luzan öz çıxışlarını yekunlaşdırıblar.

Azərbaycan Gimnastika Federasiyasından Axar.az-a verilən məlumata görə, oyunlarda gənc gimnastımız Y. Luzan komanda hesabında qızıl medal qazanıb.

Qeyd edək ki, Olimpiya Oyunlarının yeni formatına əsasən gimnastika növləri üzrə təmsilçilər yalnız fərdi hesabda mübarizə aparmırdılar. Bu dəfə onlar ulduz gimnastların adlarını daşıyan 12 komandaya bölünüblər.

Birinciliyi əldə edən 4 qat Olimpiya çempionu Simona Baylzın komandasında bizim gimnastla bərabər idman gimnastikası, bədii gimnastika, batut və akrobatika növləri üzrə Bolqarıstan, Avstraliya, Çin, Sinqapur, Vyetnam, İspaniya, İtaliya, Rusiya, Ukrayna, Cənubi Afrika və Macarıstandan olan gimnastlar yer alıb.

Tarix
2018.10.11 / 14:45
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla