Yuxarı

Fərid Mayılov 7-ci dəfə dünya çempionu oldu - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan idmançısı Fərid Mayılov yeddinci dəfə dünya çempionu olub.

Axar.az xəbər verir ki, Çexiyanın Astrava şəhərində təşkil olunan kombat cui-citsu idman növü üzrə dünya çempionatında 84 kiloqram çəki dərəcəsində çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin polis kapitanı Fərid Mayılov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yarışa ciddi hazırlaşdığını bildirən F.Mayılov növbəti dəfə üçrəngli bayrağımızı dalğalandırıb, himnimizi səsləndirdiyi üçün xoşbəxt olduğunu diqqətə çatdırıb.

O deyib: “Bu qələbə təkcə mənim deyil, bütün Azərbaycan polisinin uğurudur. Ölkəmizdə idmanın inkişafına dövlət tərəfindən diqqət və qayğı göstərilir. Dövlətimizin başçısı İlham Əliyev həmişə idmançıların yanında olur, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır. Biz idmançılar da bu qayğının müqabiləndə beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etməliyik.

Görüşlərim gərgin idman mübarizəsi şəraitində keçdiyini qeyd edən idmançı kifayət qədər güclü rəqiblərə qarşı mübarizə apardığını söyləyib. “Çexiyaya çempionluq üçün getmişdim. Çox sevinirəm ki, istəyimə nail oldum və yeddiqat dünya çempionu adına yiyələndim”, - deyə F.Mayılov əlavə edib.

Tarix
2018.10.14 / 19:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla