Yuxarı

Futbolçularıma təşəkkür edirəm... - Qurban Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qələbə qazana bilməsək də, buna nail olmaq üçün bütün gücünü meydanda sərf etdiyinə görə futbolçularıma təşəkkür edirəm. Məğlub olsaydıq belə, onlardan razı qalacaqdım.

Axar.az xəbər verir ki, bu sözləri UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 14-də Bakı Olimpiya Stadionunda Malta yığması ilə qarşılaşan Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, futbolçularda müəyyən qədər gərginlik var idi:

"Ancaq epizodlara görə onlara hansısa iradlar bildirmədim. Bu gün qələbə qolunu vura bilmədik. Oyun sürətli keçdi, xeyli sayda hücumlar quruldu. Komandam sona qədər dayanmadan mübarizə apardı. Artıq futbolçularımız da 90 dəqiqə mübarizə aparmağa öyrəşiblər. Bu komandaya, futbolçulara inanmaq lazımdı. Onların hər biri kifayət qədər məsuliyyətlidirlər".

Qeyd edək ki, Azərbaycan-Malta oyunu 1:1 hesabı ilə başa çatıb.

Dörd turdan sonra Qurban Qurbanovun yetirmələri 6 xalla qrupda ikinci pillədə qərarlaşıblar. Kosovo 8 xalla birinci, Farer Adaları 4 xalla üçüncü, Malta isə 2 xalla sonuncu yerdədir. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1. Komandamız oktyabrın 11-də səfərdə Farer Adaları yığmasının qapısından üç cavabsız top keçirib.

Millimiz növbəti oyununu noyabrın 17-də Bakıda Farer Adaları yığmasına qarşı keçirəcək.

Tarix
2018.10.15 / 01:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla