Yuxarı

Gənc cüdoçumuz dünya çempionu oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baham adalarının Nassau şəhərində gənc cüdoçuların dünya birinciliyinə start verilib. Mötəbər yarışın ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub.

Axar.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev və Rövşən Əliyev bütün rəqiblərinə qalib gələrək finala çıxıb. Balabəy həlledici görüşə qədər Monqolustan, Hollandiya, Meksika, Rövşən Əliyev isə Macarıstan, Yaponiya və Qırğızıstan idmançılarını məğlub edib. Azərbaycan finalının qalibi adına Rövşən Əliyev layiq görülüb. Cüdoçumuza dünya çempionatının qızıl medalı verilib və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb. Digər cüdoçumuz Balabəy Ağayevə mundialın gümüş medalı təqdim olunub.

Qızların mübarizəsində 44 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Şəfəq Həmidova bürünc medal uğrunda belçikalı Luis Pettitlə qarşılaşıb və görüşdən məğlub ayrılaraq 5-ci yeri tutub.

Beləliklə Azərbaycan cüdoçuları dünya birinciliyinin ilk yarış günündə 1 qızıl və 1 gümüş medal qazanıblar.

Tarix
2018.10.18 / 01:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla