Yuxarı

“Qarabağ”dan qəza törədən futbolçusu haqda - Açıqlama

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ” klubu əsas komandanın qapıçısı Hannes Halldorssonun oktyabrın 18-də qəza törətməsi ilə bağlı açıqlama yayıb.

Axar.az xəbər verir ki, klub yaydığı məlumatda 34 yaşlı qolkiperin idarə etdiyi avtomobillə 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlunu piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçməyə çalışarkən vurduğunu və dərhal ona yardım etdiyini bildirib:

“İslandiyalı oyunçu yaralıya ilkin tibbi yardım göstərərək, onu xəstəxanaya çatdırıb və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Hüquq-mühafizə orqanları tərəfindən müvafiq prosedurlar tamamlandıqdan sonra qapıçı evinə yollanıb”.

Bundan başqa, yaralının ciddi xəsarət almadığı, sadəcə, sağ diz qapağında sürüşmə olduğu, həkimlərin anında müdaxilə etdiyi və yaxın günlərdə evinə buraxılacağının gözlənildiyi qeyd olunub.

Qeyd edək ki, Hannes Halldorsson “Qarabağ”a DÇ-2018-dən sonra transfer olunub.

Tarix
2018.10.19 / 13:04
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki...

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla