Yuxarı

"Qəbələ" "Neftçi"ni dayandırdı, "Qarabağ" qalib gəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

20:03

Oktyabrın 20-də futbol üzrə Topaz Premyer Liqasının 8-ci turuna “Qəbələ”-“Neftçi” oyunu ilə start verilib.

Axar.az xəbər ki, Qəbələ şəhər stadionunda oynanılan görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Qəbələ”nin heyətində Ceyms Adeniyi (14, 77) və Stiven Monroz (57) fərqləniblər. “Neftçi”nin yeganə qolunu isə Kvame Karikari vurub (90+4). Matçın 67-ci dəqiqəsində ev sahiblərinin heyətində Təmkin Xəlilzadə qırmızı vərəqə ilə cəzalandırılaraq oyunu tərk edib.

Beləliklə, cari mövsümdə “Neftçi” komandasının məğlubiyyətsizlik seriyasına səkkizinci turda son qoyulub. Hazırda hesabında 19 xal olan flaqman turnir cədvəlində birinci pillədədir.

Tur çərçivəsində bu gün oynanılan digər görüşdə “Qarabağ” komandası “Səbail” ilə qarşılaşır. Hazırda 16 xalla turnir cədvəlində ikinci sırada olan ağdamlılar iki top fərqi ilə qalib gələcəkləri təqdirdə liderliyi ələ keçirəcəklər.

Səkkizinci tur çərçivəsində oktyabrın 21-də “Sumqayıt”-“Sabah” və “Keşlə”-“Zirə” görüşləri oynanılacaq.

***

"Qarabağ" "Səbail"ə Zubirin matçın ikinci hissəsində vurduğu qolla qalib gəldi: 1-0.

Tarix
2018.10.20 / 21:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla