Yuxarı

Qurban Qurbanov da təsdiqlədi: Texniki məğlubiyyət olacaq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danışmağa çox ehtiyac yoxdu. Texniki məğlubiyyət olacaq. Futbolçular bir müddət idi bir yerdə deyildilər. Bunun da təsiri olmuşdu. "Səbail”i təbrik edirəm.

Sportnet.az xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri, lakin adı protokolda olmayan oyunçu meydana buraxdıqları üçün texniki məğlubiyyətlə nəticələnəcək görüş barədə danışarkən deyib.

- Yanlış əvəzetmə zamanı meydanda olan futbolçuların bundan xəbəri var idimi?

- Xeyr.

- Bunda məsul şəxs kimdir?

- Əlbəttə, bütün məşqçilər buna baxmalıdır. Amma hakimlər də futbolçu meydana girən zaman protokola baxmalıdır. Bəlkə kənar adam gəlib oturub. Əlbəttə, ən böyük səhv özümüzdədir. Protokolu hamı yoxlamalıdır. Biz səhv etmişik. Amma yanımızda 11 futbolçu oturur. Bundan sonra köməkçilər daha diqqətli olacaqlar. İstəmərəm ki, digər klublarda da belə hal olsun. Fikrimcə, hakimlər də diqqətli olsalar, hamıya kömək etmiş olarlar. Futbolçular 90 dəqiqə əziyyət çəkirlər. Məğlubuyyətin əvəzini çıxmaq olar. Amma onların əziyyətinə heyfim gəlir. Siyahıya 23 futbolçu yazanda aləm dəyir bir-birinə. Həm legioner, həm gənc oyunçu limitinə baxmalısan. Hər kəs diqqətli olmalıdır. Bu gün texniki məğlubiyyət versinlər. Amma gələcəkdə başqa klubda belə hal olsa, ona məğlubiyyət verilməsinin tərəfdarı deyiləm.

- "Qarabağ”da ikinci dəfədir belə hal yaşanır. Görünür, birinci səhvdən dərs çıxarılmayıb?

- Keçən dəfə legioner limitini pozmuşduq. Riçard Almeydanı daha tez buraxmışdıq. Sadəcə, yerlərdə səhv etmişdik. Amma Abbas Hüseynov yerli futbolçudur. Onun adının yazılmaması taledir. Onu əvvəllər 60-65 dəqiqə oynatmağı düşünürdük. Amma zədədən yeni qayıdıb.

- "Vorskla” ilə oyunöncəsi müdafiənin mərkəzi ilə bağlı planınız nədir: Rahil Məmmədovun meydana çıxmaması nə ilə bağlıdır?

- Rəşad Sadıqovun da, Yakub Jezniçakın da oynamasına ehtiyac var idi. Neçə vaxt idi oynamırdılar. Rahil yığmanın son oyunlarında az oynamamışdı. Balansı qorumağa çalışdım. Bu gün Qara Qarayevi də sonradan meydana buraxdım. Futbolçuları düşünmək, qoruyub saxlamaq lazımdır. Həm fiziki, həm də psixoloji cəhətdən.

- "Neftçi” də uduzdu. Ancaq yenə də liderlik mövqeyində qərarlaşacaq. Qarşıdakı turda isə onlarla qarşılaşacaqsınız...

- Bu barədə heç nə demək istəmirəm. Texniki səhv mənə mənfi təsir etdi. "Vorskla” ilə matça qədər futbolçuları da hazırlamaq lazımdır. Çünki bu gün çox məyus idilər. Oyun proqramımız çox ağırdır. Ardıcıl 3 gündən bir oyunlarımız var. Ardından milli komandanın matçları gəlir. Futbolçuları həmin qarşılaşmalara düzgün hazırlamağa çalışacağıq. "Neftçi” barədə düşünmürəm. Heç oyunun gedişində də onların oyununu düşünmürdüm.

- Qoşunu döyüşə hazırlayan sərkərdə özünü bu sıx qrafikə kökləyə bilir?

- Əlbəttə çox ağırdır və çox yoruluram. Təkcə işləmək məni yormaz. Bəzən heç nədən məndə gərginlik yaranır. Texniki bir səhv, hansısa detal mənim fikrimi yayındırır. Bilsəm ki, diqqətim təkcə işdədir, yorğunluq olmur. Adicə məşqdə istədiklərimiz olanda özümüz həzz alırıq. Bəli, yorğunluq olur.

Tarix
2018.10.20 / 23:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla