Yuxarı

Millimiz Avropa birinciliyində ilk medalını qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 20-dən 27-dək Polşanın Zamots şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib.

Azərbaycan Ağır Atletika Federasiyasından Axar.az-a bildiriblər ki, 35 ölkədən 383 atletin mübarizəyə qoşulduğu turnirdə Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər. Milli komandamızın heyətində ilk olaraq yaşı 20-dək olan qızların yarışında körpücük üzərinə Səbinə Əzizova (53 kq) çıxıb. Səbinə birdən qaldırma hərəkətində 76 kiloqramı ram edərək 7-ci yeri tutub.

Səbinə Əzimova təkanla qaldırma hərəkətində isə daha yaxşı çıxış edib və fəxri kürsüyə yüksəlməyi bacarıb. Gənc atletimiz 100 kiloqramı qaldıraraq Avropa birinciliyinin gümüş medalını qazanıb.

Toplam 176 kiloqram (76+100) nəticə ilə Səbinə Əzimova yekun sıralamada 4-cü yerə çıxıb.

Qeyd edək ki, Səbinə Əzimova yeniyetmələr arasında Avropa birinciliyinin üçqat qalibidir.

Tarix
2018.10.20 / 23:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla