Yuxarı

Güləşçimiz karyerasında ilk dəfə finala yüksəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan sərbəst güləşçisi Cəbrayıl Həsənov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında finala yüksəlib.

Axar.az-ın məlumatına görə, 28 yaşlı pəhləvan 79 kq çəki dərəcəsində həlledici qarşılaşmada iştirak hüququna yiyələnib.

Mübarizəyə 1/8 finaldan başlayan Həsənov əvvəlcə puerto rikolu Etan Adrian Ramosu 14:5, ardından belaruslu Əli Şabanovu 6:2, yarımfinalda isə 3:3 hesablı heç-heçəyə rəğmən sonuncu xalları özü qazandığı üçün iranlı İzzətullah Abbas Əkbərizarinkolayini üstələyib.

Karyerasında ilk dəfə dünya çempionatının finalına yüksələn təcrübəli güləşçinin son rəqibi ABŞ təmsilçisi Kayl Duqlas Deyk olacaq. Görüş oktyabrın 22-də keçiriləcək.

Digər güləşçilərə gəldikdə, Georgi Edişeraşvili 1/4 finalda, 3 qat dünya və ikiqat Avropa çempionu Hacı Əliyev, eləcə də olimpiya və dünya çempionu Şərif Şərifov ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb.

Tarix
2018.10.22 / 00:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla