Yuxarı

Mourinyo tıxaca düşdü, oyuna piyada getdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mançester Yunayted" və "Yuventus"un futbolçularını daşıyan avtobuslar Çempionlar Liqasının qrup mərhələsinin III tur matçı öncəsi "Old Trafford" stadionuna gedən yolda tıxaca düşüb.

Report xəbər verir ki, ingilis klubunun baş məşqçisi Joze Mourinyo komandanın avtobusunu tərk edərək stadiona piyada getmək qərarına gəlib.

"Biz tıxaca düşdük. Təqribən 45 dəqiqə avtobusda olduq, lakin mən düşmək qərarına gəldim. Azarkeşlərin düz yanından keçdim, məni tanıyan olmadı. "Yuventus"da da eyni problem yaşandı. Mən vəziyyət barədə UEFA nümayəndələrinə məlumat verdim, çünki gecikməyə görə yenidən cəzalandırılmağımızı istəmirəm", — deyə "BT Sport" Mourinyonun sözlərini sitat gətirib.

Bundan əvvəl "Mançester Yunayted"in avtobusu "Valensiya" ilə Çempionlar Liqası oyunu öncəsi tıxaca düşmüşdü.

Tarix
2018.10.24 / 02:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla