Yuxarı

Həbib daha bir döyüş keçirməlidir - Öhdəlik

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarışıq döyüş növləri (MMA) üzrə ən güclü idmançılardan olan Həbib Nurməhəmmədov Müstəqil Döyüş Çempionatı (UFC) ilə bağladığı müqaviləyə görə daha bir döyüş keçirməlidir.

Axar.az xəbər verir ki, rusiyalı idmançının meneceri Əli Əbdül-Əziz müsahibəsində UFC ilə imzalanmış müqaviləyə görə Həbib Nurməhəmmədovun daha bir döyüş keçirməli olduğunu bildirib.

Qeyd edək ki, oktyabrın 6-da ABŞ-da keçirilən UFC 229 turnirində Həbib Nurməhəmmədov və Konor Makqreqor arasında döyüş keçirilib. Rusiyalı idmançı irlandiyalı rəqibini məğlub edərək yüngül çəkidə çempionluq titulunu qoruyub. Döyüşün başa çatmasından sonra həm döyüşçülər, həm də komandalarının nümayəndələri, o cümlədən rusiyalı qaydasız döyüş ustası Zübeyr Tuhuqovun iştirakı ilə atışma olub. Nəticədə UFC 229 turnirində baş verən hadisəyə görə Tuhuqovla İrlandiya təmsilçisi Artyom Lobov arasındakı qarşılaşma ləğv edilib.

Döyüşdən sonra Nevada Dövlət Atletika Komissiyası (NSAC) Nurməhəmmədova ödənilməli olan iki milyon dollar qonorarın verilməsini istintaqın bitməsinə qədər dondurub.

Bundan sonra Həbib Nurməhəmmədov bildirib ki, onun komandasının üzərindən ittihamlar götürülməyənə qədər UFC ilə yeni döyüşlə bağlı danışıqlar aparmayacaq.

Tarix
2018.11.07 / 01:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla