Yuxarı

"Qarabağ" çox güclü komandadır - Saçko

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah ağır oyun olacaq. Çətin komandaya qarşı oynayacağıq. Bu günü çoxdan gözləyirdik.

Report xəbər verir ki, bunu Ukraynanın "Vorskla" klubunun baş məşqçisi Vasili Saçko Poltavada "Qarabağ"la keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin V tur matçından əvvəl mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

- İlk oyunda müdafiə futboluna üstünlük vermişdiniz. Sabah da belə olacaq?

- Necə lazım olduğunu hesab ediriksə, elə də çıxış edəcəyik. Özümüzə görə taktikamız, oyun sistemimiz var. "Qarabağ"ın yaxşı oyunçu seçimi var. Müxtəlif yığmalarda çıxış edən futbolçulara malikdir. Azarkeşlər bizim 12-ci oyunçumuz olacaq. Yaxşı oyun sərgiləməyə çalışacağıq. Əsas məsələ isə nəticədir.

- Bukmeyker kontorları "Vorskla"nın qələbəsini gözləyir. Buna münasibətiniz necədir?

- Məni bukmeykerlər maraqlandırmır. Bu barədə çoxlu söz-söhbətlər var. Yenə təkrar edirəm: "Qarabağ" çox güclü komandadır. Əsas məqsədimiz qələbədir.

- Sabahkı görüşdə kimlərə güvənəcəksiniz?

- Zədəsi olan futbolçulardan başqa hamısına inanırıq. Kimi uyğun bilsək, meydana buraxacağıq.

- Azərbaycana qələbə dalınca getdiyinizi demişdiniz. Bəs bu dəfə hədəf necə olacaq?

- Birinci ildir işləmirəm. Hər zaman hər şey istədiyimiz kimi olmur. Öz uğurlarımla fəxr edə bilmərəm. Amma pis əsgər odur ki, general olmaq istəmir. Müsbət nəticə üçün çalışacağıq. Əvvəla evdə oynayırıq, digər tərəfdən, azarkeşlərimiz qarşısında çıxış edəcəyik. Rəqibin baş məşqçisi həm də milliyə rəhbərlik edir, ambisiyalıdır. Bu futboldur, hər şey mümkündür. İlk oyunda hansısa mənada bəxtimiz gətirdi. Rəqibin daha çox şansı var idi. Əlbəttə, bu dəfə biz gözəl futbol oynamaq istəyirik. Amma öz imkanlarımız daxilində əlimizdən gələni ortaya qoyacağıq.

- Vaxtilə "Qarabağ"la eyni qrupda çıxış etmiş Ukraynanın digər təmsilçisi "Dnepr" də Avropa Liqasında finaladək irəliləmişdi...

- O oyunları xatırlayıram. Bəli, bu gün bizim çempionatda "Dnepr", "Metallist" kimi komandalar çatışmır. Çoxdandır "Qarabağ"ın oyunlarını izləyir, araşdırıram. Hazırda Azərbaycanda futbol inkişaf edir. Bunu klublarınızın nailiyyətləri də göstərir. Bizim isə Avropa Liqasını qazanmaq kimi hədəfimiz yoxdur. Amma sabahkı oyundan sonra hər şey öz yerini tutacaq.

- Futbolçuların hamısı formadadır?

- Bütün sağlam futbolçular bizimlə bərabər çalışır. Zədəlilər isə fərdi qaydada çalışırlar. Bizdə oyun intizamı və balanslaşdırılmış komanda var. Məqsədimiz bütün görüşlərdən qələbə ilə ayrılmaqdır. Bu gün futbolçularımdan razıyam. Hər bir qələbə təcrübə qazandırır. "Arsenal"la oyundan sonra anladıq ki, istənilən komandaya qarşı oynaya bilərik. Biz öz büdcəmizə uyğun işimizi qururuq. İstəyirik ki, daha güclü komandalarla özümüzü göstərək.

Tarix
2018.11.07 / 20:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla