Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Noyabr 2018


Nəzirovun dili qatlandı, məşqçi özündən getdi... – Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində “Neftçi”-”Zirə” oyununda xoşagəlməz hadisələr yaşanıb.

Axar.az Report-a istinadla xəbər verir ki, oyunun 41-ci dəqiqəsində Neftçi"nin məşqçisi Füzuli Məmmədov yerə yıxılıb.

Həkimlər ona müdaxilə edib və F. Məmmədov ayağa qalxıb. Hadisədən sonra "Neftçi"nin prezidenti Kamran Quliyev dərhal özünü ehtiyat oyunçular skamyasına çatdırıb.

Füzuli Məmmədovun yıxılma səbəbi hələ ki, məlum deyil.

Oyununun 70-ci dəqiqəsində isə “Zirə”nin qapıçısı Anar Nəzirov ciddi xəsarət alıb. 33 yaşlı qolkiper rəqibin futbolçusu Mirabdulla Abbasovla toqquşub.

Hadisədən sonra qolkiperin dili qatlanıb. Anar Nəzirov həkimlərin müdaxiləsindən sonra özünə gəlib. O, xərəklə meydanı tərk edib. Qapıçının yerinə meydana Kamal Bayramov daxil olub. Hər iki klubun azarkeşləri A.Nəzirovu alqışlayıblar.

Oyundan öncə isə "Zirə"nin futbolçusu Dilan Duventuru isinmə hərəkətlərində əzələsini dartıb. Onu qarşılaşmada Kamal Mirzəyev əvəz edib.

Qeyd edək ki, oyun 2:2 hesabı ilə başa çatıb.

Tarix
2018.11.10 / 23:37
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

“Beşiktaş” “azərbaycanlı Messi”ni aldı - Foto

“Roma”dan Baxçalı və Banderasa maraqlı dəvət

Millimiz tarixi görüşdə darmadağın oldu - Yeniləndi

Millimiz möhtəşəm qələbə ilə növbəti mərhələdə

Heç kimə güzəşt etməyəcəyəm - Millimizin məşqçisi

Qurbanov millinin tarixi oyunu barədə danışdı

Ermənini məğlub edən idmançımız çempion oldu

Millətlər Liqası: Dünya üçüncüsü darmadağın edildi

Millimiz dünyada üçüncü oldu: on medalla dönüş...

Formula-3 yarışmasındakı dəhşətli qəza anı – Video

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla