Yuxarı

"Qarabağ" bizdən güclüdür - Baş məşqçi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nə planlaşdırmışdıqsa, heç biri alınmadı. Bunu da rəqibin hər komponentdə bizdən güclü olması ilə əlaqələndirirəm.

Report xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının XI turunda “Qarabağ”a 1:3 hesablı məğlubiyyətdən sonra deyib. Onun sözlərinə görə, rəqib ikinci hissəni daha yaxşı keçirib: “Belə olan halda 90 dəqiqə müdafiədə oturduq. Bu da futbolçuların fiziki gücünün tükənməsi ilə nəticələndi. Qısacası, “Qarabağ” bizdən güclüdür”.

- Rəqib 48 saat əvvəl Bakıya gəlib və yorğundur. Bunun fonunda ikinci hissədə 3 qol vurmaqlarına izah verməyinizi istərdik...

- “Qarabağ” təcrübəli komandadır, belə qrafikdə oynamağın öhdəsindən gələ bilir. Birinci hissədə əzmkarlıq var idi. Amma bu, 45 dəqiqə bəs etmir.

- Cavid Hüseynov yenə meydanda ayaqlarını sürüyürdü. Onu əvəzləməməyinizin səbəbi nədir?

- Cavid bəzi məqamlarda səhv etsə də, uduzmuşuqsa, deməli, hamı pis oynadı. Oyunumuzdan həddən artıq narazıyam. Rəqibi meydanın özünə aid hissəsində qarşılamaq istədik. Amma alınmadı.

- Cəmi bir əvəzləmə etdiniz. Başqa ehtiyat qüvvəniz yoxdur? Eyni zamanda düşünmürsüz ki, əvəzləməni gec etdiniz? Rauf Əliyevi niyə meydana buraxmadınız?

- Oyunun axarı elə idi ki, dəyişiklik etmək istəyirdim. Amma Rasimi standart vəziyyətlərə görə meydana buraxdım. Rauf inandığımız futbolçudur. Amma bu dəfə fərqli qərar verdim.

- Qış fasiləsini intizarla gözlədiyinizi demək olar, yoxsa heyətin güclənməsinə inamınız yoxdur?

- Əlbəttə, güclənməyimizi istərdim. Amma əlimizdə olan heyətdən maksimum yararlanmağa çalışacağıq.

Tarix
2018.11.12 / 00:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla