Yuxarı

İdmançılarımız bu yarışdan 2 qızılla qayıtdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində 8-10 noyabr tarixlərində Qazaxıstanın Aktau şəhərində keçirilən Aşihara Karate üzrə Dünya Çempionatında qalib gələn idmançılarla görüş keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Azərbaycan Aşihara Karate Əlbəyaxa Döyüş Federasiyasının prezidenti, əməkdar bədən tərbiyəsi və idman xadimi, 5-ci dan qara kəmər ustası Maarif Bağırov, vitse-prezidentlər AZGERSU şirkətinin rəhbəri Vüsal Məmmədov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mizəyev, qalib gəlmiş idmançılar və mətbuat nümayəndələri iştitrak edib.

Maarif Bağırov çıxışında bildirib ki, Azərbaycan çempionata 11 idmançı ilə qatılıb:

“Dünyanın müxtəlif ölkələrindən 300 nəfər idmançının qatıldığı dünya çempionatında Azərbaycan idmançıları müxtəlif yaş qruplarında finalda mübarizə aparıb. İdmançılardan Musa Musazadə, Rauf Hüseynov qızıl, Rüfət Vəliyev, Fərman Rəhimov, Fəyyaz Əhmədov, Bahadur Şirinzadə, Natiq Qafarov gümüş, Ümid Verdiyev isə bürünc medal qazanıb.

Çempionat ərəfəsində federasiya rəhbərliyi Dünya Aşihara Assosiasiyasının prezidenti Kanco Aşihara ilə görüşüb, bu döyüş sənətinin Azərbaycanda inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan Aşihara Karate Federasiyası 1998-ci ildə yaradılıb, hazırda ölkəmizin 20 şəhər və rayonunda fəaliyyət göstərir.

Tarix
2018.11.12 / 18:21
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla