Yuxarı

Qurban Qurbanovdan millinin vacib oyunu öncəsi açıqlama

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox danışmağa ehtiyac yoxdur, hər şey aydındır. Oyuna pis hazırlaşmamışıq. Düzgün oyun qurmağa çalışacağıq.

Report xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Farer adaları komandası ilə ev oyunundan əvvəl deyib.

46 yaşlı mütəxəssis Bakı Olimpiya Stadionunda baş tutan mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.

- Pavel Paşayevin durumu necədir?

- Hər şey qaydasındadır.

- Rəqibin baş məşqçisi və kapitanı iddialı danışdı. Sürprizlərə hazırsınız?

- Rəqibi yaxşı tanıyırıq. Onlarla səfər matçımız olub. Hər bir komanda iddialı danışmalıdır. Biz də iddialıyıq. Rəqibin sürprizlərinə hazır olacağıq.

- Heyətə yeni oyunçular cəlb etmisiniz. Start heyətdə necə, dəyişiklik olacaq?

- Belə bir fikir bildirə bilməyəcəyəm. Heyət sabah oyundan əvvəl bilinəcək.

- Son vaxtlar həm milli, həm "Qarabağ" səfərdə yaxşı oyanyır. Bu nə ilə bağlıdır?

- Bunu heç nə ilə əlaqələndirməzdim. Səfərdə yaxşı oyun göstərmək pis hal deyil. Adətən, komandalar evdə yaxşı oynayır. Kiçik turnirdi. Bunu evdə də edə bilərik. Səfərdə oynayanda taktika bir az fərqli olur. Rəqib hücum edir, boşluqlardan istifadə etmək imkanı yaranır. Biz indi elə durumda deyilik. Həm evdə, həm səfərdə qalib gəlmək istəyirik.

Tarix
2018.11.16 / 19:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla