Yuxarı

Millimiz tarixi görüşdə darmadağın oldu - Yeniləndi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.11.20 - 17:50

Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında həlledici oyuna çıxacaq.

Axar.az xəbər verir ki, millimiz qrup mərhələsinin sonuncu – VI turunda Kosovo komandasının qonağı olacaq. Priştinadakı “Fadil Vokrri” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Hazırda Kosovo yığması 11 xalla 1-ci pillədədir. Hesabında 9 xalı olan Azərbaycan millisi qrup qalibi kimi C liqasına və pley-offa yüksəlmək üçün səfərdə mütləq qalib gəlməlidir. Əks halda, komanda yeni təsis edilən yarış vasitəsi ilə AVRO-2020-yə vəsiqə qazanmaq şansını itirəcək.

***

Priştinadakı “Fadil Vokrri” stadionunda keçiriləcək oyun üçün komandaların start heyəti açıqlanıb.

Azərbaycan millisinin heyətində meydana Səlahət Ağayev, Pavel Paşayev, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev, Araz Abdullayev, Dmitri Nazarov, Rüfət Dadaşov, Mahir Mədətov, Riçard Almeyda və Təmkin Xəlilzadə çıxacaqlar.

Kosovo yığmasının start heyətində isə Samir Aykani, Fidan Aliti, Xerolind Şala, Xekuran Kriyeziu, Bersant Celina, Arber Zeneli, Amir Raxmani, Merqrim Voyvoda, Vedat Murici, Leart Pacarada və Edon Jeqrova yer alıblar.

Qeyd edək ki, oyunu fransalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Benua Miyo olacaq. Medi Ramuni və Bertran Juannu yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər. Frank Şnayderlə Kərim Abed əlavə köməkçi hakimlər, Benjamen Pajes isə dördüncü hakim olacaq. Qarşılaşmaya hakim-inspektor qismində rusiyalı Aleksandr Qvardis təyinat alıb. İtaliyalı Antonio Talariko isə UEFA nümayəndəsi vəzifəsini icra edəcək.

***

Kosovo matçın 2-ci dəqiqəsində Zenelinin qolu ilə hesabı açdı: 1-0.

***

Zeneli matçın 50-ci dəqiqəsində 2-ci qolu qapımızdan keçirdi: 2-0.

***

Rahmani 61-ci dəqiqədə 3-cü topu qapımızdan keçirdi: 3-0.

***

Zeneli növbəti qolu görüşün 76-ci dəqiqəsində millimizin qapısından keçirdi: 4-0.

***

Millimiz qrup liderliyi üçün çıxdığı son görüşdə Kosovoya 4-0 məğlub oldu.

Tarix
2018.11.21 / 01:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla