Yuxarı

Azərbaycanlı məşqçinin halı pisləşdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin “Ağsu” – “Sabah” oyunu zamanı meydan sahiblərinin baş məşqçisi Rüfət Quliyevin səhhətində problem yaranıb.

Bu barədə Report-a 46 yaşlı mütəxəssisin özü məlumat verib. R.Quliyev bildirib ki, təzyiqi düşdüyü üçün matçdan sonra təşkil edilən mətbuat konfransına da qatıla bilməyib:

“Oyunun gedişində səhhətimdə problem yarandı. Özümü pis hiss etdiyim üçün dördüncü hakim İnqilab Məmmədova vəziyyəti dedim və “mətbuat konfransına qatılmasam, problem olmaz ki” - deyə soruşdum. O da heç bir probemin olmadığını söylədi. Matçdan sonra həkim yoxladı və təzyiqimin düşdüyü məlum oldu. Vəziyyətimin stabilləşməsi üçün iynə vuraraq, 5-10 dəqiqə uzanmağımı tövsiyyə etdi. Mətbuat konfransına isə köməkçim Arif Rizvanov yollandı".

Qeyd edək ki, matç “Sabah”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Tarix
2018.12.06 / 18:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla