Yuxarı

"Arsenal" - "Qarabağ" oyununun hakimləri açıqlandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda İngiltərənin “Arsenal” və Azərbaycanın “Qarabağ” komandaları arasında keçiriləcək oyunun hakimləri açıqlanıb.

Report xəbər verir ki, dekabrın 13-də Londondakı “Emireyts” stadionunda baş tutacaq görüş danimarkalı ədalət təmsilçilərinə həvalə olunub. Matçın baş hakimi Yens Moedir. Lars Hummelqorla Heyne Serensen yan xatt hakimləri qismində təyinat alıblar.

Qarşılaşmanın dördüncü hakimi Esper Dal, əlavə köməkçilər isə Yorgen Burxardt və Morten Kroq olacaq. Yunanıstanlı Stavros Tritsonis hakim-inspektor, finlandiyalı Styrbjörn Oskarsson isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bu komandalar arasında Bakı Olimpiya Stadionunda baş tutan oyun “Arsenal”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Tarix
2018.12.10 / 14:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa demokratiya uğrunda mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla