Yuxarı

Millimizin baş məşqçisi: Daha güclü rəqiblər ola bilərdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Slovakiyanın yaxşı futzal ənənələri var. Təxminən, 3 il əvvəl Azərbaycan millisi bu komandaya qarşı oynayıb.

Axar.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu fikirləri futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio da Silva 2020-ci ildə Litvada təşkil ediləcək dünya çempionatının ilkin və əsas mərhələsinin püşkatması ilə bağlı danışarkən deyib.

50 yaşlı mütəxəssis Slovakiya ilə Avropa çempionatının play-off mərhələsində keçirilən qarşılaşmaların kifayət qədər çətin alındığını bildirib: 3:1 hesablı qələbə qazanılan oyunu televiziya vasitəsilə izləmişdim. Ancaq bu dəfə fərqli qarşılaşma olacaq. Çünki son 3-4 ildə onlar xeyli inkişaf ediblər. Müxtəlif turnirlərdə, rəsmi oyunlarda iştirak etməklə kifayət qədər təcrübə toplayıblar. Əlbəttə, çətin rəqibdir. Ancaq müqayisə aparsaq, daha güclü qrupa düşə bilərdik".

Təcrübəli baş məşqçi ilkin mərhələdəki potensial rəqiblər barədə də söz açıb: "İlkin mərhələnin H qrupundan Finlandiyanın əsas mərhələyə yüksələcəyini gözləyirəm. G qrupuna gəldikdə, yəqin ki, Hollandiya birinci yeri tutacaq. Estoniya və ya Bolqarıstanın ikinci yeri tutacağı realdır".

J.Alesio qrup oyunlarının Bakıda keçirilməsinin üstünlükləri olduğunu qeyd edib: "Azarkeş üstünlüyünə malik olacağıq, eyni zamanda bələd olduğumuz, hər gün məşq keçidiyimiz məkanda oyunlarımızı keçirəcəyik. Hansısa ölkəyə səfər etməyəcəyik və komandada yol yorğunluğu olmayacaq”.

Qeyd edək ki, Azərbaycan millisinin dünya çempionatının əsas mərhələsində rəqibi Slovakiya, ilkin mərhələdə Hollandiya, Monteneqro, Bolqarıstan və Estoniyadan ibarət G qrupunun ikinci yer sahibi, eləcə də Finlandiya, Moldova, Uels və Şimali İrlandiyadan ibarət H qrupunun qalibi olacaq.

Tarix
2018.12.12 / 22:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla