Yuxarı

“Uca Atatürk” yazısına görə cəzalanacaqlar - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Köynəklərində yazdıqları "Uca Atatürk" yazısına görə Nizam-İntizam Komitəsinə veriliblər.

"Axar.az"-ın məlumatına görə, futbol üzrə Türkiyə kubokunda "Fənərbaxça" ilə "Fəthiyəspor" arasında baş tutan matçda qonaq komandanın formasınınm üzərindəki yazı Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən yolverilməz kimi dəyərləndirilib.

Oyunun əvvəlində "Fəthiyəspor"un 11 futbolçusunun hər biri 1 hərfi bir köynəkdə yazılan "YÜCE ATATÜRK" (Uca Atatürk) yazılan sözlə meydanda futbolsevərlərin qarşısına çıxıblar.

Futbola siyasətin və digər məsələlərin qarışdırılmasının əleyhinə olan FİFA-nın prinsiplərini nəzərə alan TFF məsələnin araşdırıldığını açıqlayıb:

"Bütün dünyada futbol meydanlarının yalnız futbolun oynanıldığı və izlənildiyi yer olması əsas hədəfdir. Federasiyamızın da bağlı olduğunu beynəlxalq idman qurumlar bu məqsədə çatmaq üçün qlobal mahiyyətli qaydalar qəbul edib.

Buna baxmayaraq "Fəthiyəspor" klubu "Fənərbaxça" ilə baş tutan oyunda bu qaydalara zidd hərəkət edib. Onlar hamımızın malik olduöumuz dəyələri yalnız özlərinə aid etməklə mübahisə yaradacaq formada istifadə ediblər. Bu kimi hərəkətlərin idman müsabiqələrində yolverilməsi mümkün olmadığı üçün məsələ ilə bağlı araşdırma aparılması üçün Nizam-İntizam Komitəsinə tapşırıq verilib.

Bu məsələdə lazımi tədbirlər görüləcək" – deyə, TFF-dən verilən açıqlamada qeyd olunub.
Qeyd edək ki, "Fəthiyəspor" gülçü rəqibini sürpriz şəkildə 2-1 məğlub edərək növbəti mərhələyə vəsiqə qazanmışdı.

Tarix
2013.12.07 / 11:26
Müəllif
Hüseyn
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla