Yuxarı

Baş katib vitse-prezident seçildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Gimnastika İttifaqının (AGİ) 25-ci seçki konqresinin keçirildiyi Sloveniyanın Portoroj kurort şəhərindən sevindirici xəbər gəlib.

Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi, Azərbaycan nümayəndə heyətinin tərkibində forumda iştirak edən Fərid Qayıbov AGİ-nin vitse-prezidenti seçilib. Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Bununla da ilk dəfə Azərbaycan nümayəndəsi Avropa gimnastikasının rəhbər heyətinə daxil olub. F.Qayıbovun namizədliyini 23 ölkənin nümayəndəsi dəstəkləyib ki, bu da əksəriyyət təşkil edib.

Gələn ildən başlayaraq və dörd il müddətində F.Qayıbov seçilmiş digər iki - İsveç və İsveçrədən olan vitse-prezidentlərlə birgə İdarə Heyətinin müxtəlif iclaslarında və Avropa çempionatlarında iştirak edəcək.
İkinci müddətə AGİ prezidenti seçilmiş fransız Jorj Qelzek bütün rəhbər heyəti təbrik edib və gələcək işin əsas prioritetləri barədə məlumat verib.

Fərid Qayıbov gimnastikanın Azərbaycanda aparıcı idman növlərindən birinə çevrilməsi məqsədilə onun inkişafında və irəliləyişində on illik aktiv təcrübəyə malikdir. Onun bədii gimnastika üzrə irimiqyaslı beynəlxalq yarışların, eləcə də gimnastikanın müxtəlif növləri üzrə milli çempionatların idarə edilməsində və koordinasiyasında böyük təcrübəsi var.

F.Qayıbov iki dəfə Beynəlxalq Gimnastika Federasiyası Şurasının üzvü seçilib.

Tarix
2013.12.07 / 15:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla