Yuxarı

Premyer liqada lider dəyişdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Premyer Liqasında XVI turun qarşılaşmaları keçirilib.

"Axar.az"ın xəbərinə görə, turun açılış oyunu Qəbələdə keçirilib. Yerli komanda "Simurq"la qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Turun digər oyununda AZAL öz meydanında "Rəvan"la münasibətlərinə aydınlıq gətirib. Şahin Diniyevin komandası 90 dəqiqə 1:0 hesabı ilə öndə olsa da, AZAL-ın futbolçusu Şəhriyar Rəhimov 90 və 90+3-cü dəqiqələrdə vurduğu 2 qolla komandasına qələbə qazandırıb - 2:1.

Paytaxtın digər təmsilçisi "Bakı" klubu bu tur Sumqayıta səfər edib. Görüş paytaxt klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Günün maraq doğuran oyunlarından biri "Şəfa" stadionunda keçirilib. "İnter" və "Xəzər Lənkəran" komandaları üz-üzə gəlib. Qarşılaşmada hesab açılmayıb.

Turun mərkəzi qarşılaşmasında "Qarabağ" və "Neftçi" komandaları üz-üzə gəlib. Bu görüşdə "Qarabağ" komandası qələbə qazanaraq ilk pilləyə yüksəlib.

Qarşılaşma 3-1 hesabı ilə yekunlaşıb.

Tarix
2013.12.08 / 20:26
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla