Yuxarı

FİFA-da milyard yarımlıq rüşvət qalmaqalı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətər nümayəndələri 2022-ci il futbol üzrə dünya çempionatının keçirilməsi hüququnu əldə etmək üçün afrikalı məmurlara rüşvət veriblər.

Trend xəbər verir ki, bunu FİFA-nın məruzəçisi Fədra əl-Məcid bəyan edib.

Xanım Fədranın sözlərinə görə, o, 2010-cu ildə Afrika Futbol Kondeferasiyası konqresinin qurultayı zamanı rüşvətin verilməsində iştirak edib.

Əl-Məcidin bəyanatına görə, rüşvətin məbləği 1,5 milyard dollar olub.

Bir müddət əvvəl bildirilmişdi ki, FİFA İcraiyyə Komitəsinin üç üzvü - ispan Anxel Mariya Vilyar Liona, belçikalı Mişel D`Oqe və Tailand nümayəndəsi Voravi Makudi 2018-ci və 2022-ci illərdə keçiriləcək dünya çempionatlarına ev sahibliyi edəcək ölkələrin seçilməsi üzrə işlə bağlı aparılan təhqiqatla əlaqədar istintaqa cəlb olunub. Onlar seçkilərin gedişində FİFA-nın etika məcəlləsini pozmaqda şübhəli bilinirlər.

Qeyd edək ki, noyabrda FİFA Etika Komitəsinin Hüquq şöbəsinin yekun hesabatını dərc edib. Hesabat 2018-ci və 2022-ci illərdə keçiriləcək dünya çempionatlarına ev sahibliyi üçün Rusiya və Qətərin seçilməsi üzrə keçirilən səsvermə prosedurunda pozuntu aşkar etməyib.

Bununla belə təşkilatın Etika Komitəsinin İstintaq şöbəsinin rəhbəri Maykl Qarsiya komitənin qərarından şikayət etmək niyyətindədir. Təhqiqat aparan M.Qarsiyanın fikrincə, hesabatda bir sıra qeyri-dəqiqliklər var.

Xatırladaq ki, DÇ-2018 Rusiyada, DÇ-2022 isə Qətərdə keçiriləcək.

Tarix
2014.12.09 / 12:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla