Yuxarı

Mənsimov Lənkəranı diz çökdürdü: gedənlər danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xəzər Lənkəran"da maaş qiyamının ardınca klubda kütləvi qopmaların olacağını yazan Axar.az-ın məlumatları təsdiqini tapıb.

Məşqçilər korpusundakı dəyişikliyin ardından millimizin də şərəfini qoruyan Rauf Əliyev, Əfran İsmayılov və Rəşad Sadiqov kimi təcrübəli futbolçular komandadan imtina edib. Artıq bu üç futbolçudan ikisi gedişindən danışıb.

***

"Xəzər Lənkəran" böyük dəyişikliklər etmək qərarına gəldi. Klub gəncləşdirmə siyasəti aparmaq istəyir. Bu mövsüm komandanın iddiası olmayacaq. Buna görə də komandadan ayrılmağı düşündüm".

Bu sözləri Qol.az-a açıqlamasında milli komandamızın üzvü Rauf Əliyev cənub komandasından ayrılmasına münasibət bildirərkən deyib.

Təcrübəli hücumçu komandadan ayrılmasını belə izah edib: "Klubdan mənə müəyyən şərtlər irəli sürüldü. Ancaq bu, mənə sərf etmədi. Bu şərtlərlə komandada qala bilməzdim".

Transfer vərəqəsini aldığını bildirən R.Əliyev artıq bəzi klublarla danışıq apardığını qeyd edib: "İndi azad agent statusuna malikəm. Müəyyən klublarla danışığımız olub. Bunların arasında "Qarabağ" yoxdur. Sabiq komandam mənə təklif irəli sürsə, onda bu barədə düşünürəm".

***

"Xəzər Lənkəran"dan ayrılmaq üzrəyəm. Transfer vərəqəmi götürdükdən sonra azad agent olacam".

Bu sözləri Sportnet.az saytına açıqlamasında klubun digər oyunçusu, millinin üzvü Əfran İsmayılov deyib.
Oğuz Çətinin gedişindən sonra "Xəzər Lənkəran"dan ayrılan futbolçular sırasına qoşulan İsmayılov artıq bir neçə təklif aldığını da sözlərinə əlavə edib: "Hazırda başqa ölkədəyəm. Azərbaycana döndükdən sonra hər şeyə tam aydınlıq gələcək.

Transfer vərəqəmi aldıqdan sonra başqa klublarla danışıqlara başlayacam. Bir neçə təklif var və seçimimi ölkəyə qayıtdıqdan sonra edəcəm".

Tarix
2014.12.24 / 20:58
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla