Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Noyabr 2017


“Xəzər Lənkəran”dan hüquq-mühafizə orqanlarına ittiham

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 25-də ölkə Premyer Liqası çərçivəsində baş tutan "Xəzər Lənkəran"-"Neftçi" (0:0) oyununda qalmaqal baş verdi. Nəticədə 5 lənkəranlı azarkeş iğtişaşlarda günahkar bilinərək həbs edildi və barələrində 2,5 ay müddətində həbs-qəti imkan tədbiri seçildi.

Həbs olunanların arasında Qusar rayon sakini Elman Tağıyev də var. 19 yaşlı Elmanın anası Emilya Şərifova, müxbirimizlə söhbətində indiyə qədər "Xəzər Lənkəran" rəhbərliyindən onunla heç kimin maraqlanmadığını bildirib. Elmana tək valideynlik edən Emilya xanımın sözlərinə görə, "XL" klubunun vitse-prezidenti Tuyqun Nadirovla bir neçə dəfə əlaqə yaratmağa cəhd etsə də, klub rəsmisi onun zənglərinə cavab verməyib:

"İndi Bakıdayam, Elmanın yanından gəlirəm. Buna görə hər həftə Qusardan Bakıya yollanıram. Maddi vəziyyətim o qədər də yaxşı deyil. Tək canımla qalmışam Bakı–Qusar yolunda. "Xəzər Lənkəran" rəhbəriliyndən mənimlə maraqlanan olmayıb. İndiyə qədər maraqlanmayıblarsa, bundan sonra da ümid etmirəm. Bir neçə dəfə Tuyqun Nadirova zəng etsəm də, nədənsə, telefonuma cavab verməyib. Ola bilsin ki, nömrəmi tanımadığından belə edib. Mənim əsas istəyim övladımının tezliklə azad olunmasıdır".

Ekstremist qüvvələrlə əlbirlik

Məsələ ilə əlaqədar "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovla əlaqə yaratmağa cəhd etsək də, klub rəsmisi suallarımıza cavab verməkdən imtina etdi. Buna görə də "XL" mətbuat xidməti ilə əlaqə yaratdıq. Klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu "Axar.az"a verdiyi açıqlamasında həbs olunan azarkeşlərin ailəsi ilə maraqlanmadıqlarının səbəbini istintaqın hələ yekunlaşmaması ilə əlaqələndirdi. Onun fikrincə, barələrində həbs-qəti imkan tədbiri seçilmiş azarkeşlərin istintaqı yekunlaşmamış onlarla maraqlanmaq kluba qarşı ekstremist qüvvələrlə əlbir olmaq ittihamı qazandıra bilər: "Xəzər Lənkəran" rəhbərliyi hər zaman azarkeşlərin arxasındadır. Və ümid edirik ki, onlar tez bir zamanda bəraət alıb, ailələrinin yanına qayıdacaqlar. Siz bu gün klub rəhbərliyinin azarkeşlərin azadlığa çıxması üçün hansı işləri gördüyünu bilmirsiz, ona görə də xahiş edirəm, bizi ittiham etməyin. Məhkəməyə qədər bizim onlarla maraqlanmağımız düzgün deyil. Çünki həbs olunan azarkeşlərin arasında hər hansı ekstremist qüvvələrlə əməkdaşlıq edənlər ola bilər, bu da kluba qarşı ittihama yol açar. Buna baxmayaraq, "İnter"lə oyun öncəsi qərara aldıq ki, klubun yaşlı azarkeşləri və ya veteran futbolçularla birgə həbs olunanların ailəsinə baş çəkək. Yenə də deyirəm, biz azarkeşlərimizin günahsız olduğuna tam əminik".

Hüseyn Cəbrayıloğlu daha sonra həbs olunan azarkeşlərə qarşı biganəliyi klubun düşdüyü böhranla əlaqələndirdi: "Komanda son zamanlar qələbə üzünə həsrət qalmışdı, vəziyyətimiz çox pis idi, ona görə də zamanımız yox idi. Komandada ruh düşkünlüyü var idi".

Onun-bunun arxasınca danışmaqdansa...

Lənkəran klubunun mətbuat xidmətinin rəhbəri baş verən hadisələrdə medianı və hüquq-mühafizə orqanlarını günahlandırdı. Onun sözlərinə görə, idman jurnalistləri "Facebook"da onun-bunun arxasınca danışmaqdansa, baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarını sorğu-suala çəkməliydilər: "Media klubumuzu ittiham edirsə, bu onların günahıdır. İdman jurnalistləri birliyi "Facebook"da onun-bunun arxasınca danışır. Çıxsınlar, bəyanat versinlər ki, siz nəyə görə ayrı-seçkilik edirsiz? "Neftçi" klubunun rəsmiləri Bakıda futbolçulaırmızın üzünü al-qana boyayanda hüquq-mühafizə orqanları susdu, amma adi qarşıdurmaya görə azarkeşlərimizi cinayətkar kimi həbs edirlər. Axı bu, ədalətsizlikdir".

Tarix
2013.10.01 / 11:25
Müəllif
İlqar Vəliyev
Şərhlər
loading...
Digər xəbərlər

“Baksell”in dəstəyilə futzal turniri təşkil edildi

Portagizli hakim – yeni həmsədrdir!?

“Qarabağ”a görə çox məyus oldum - Britaniya səfiri

Millimiz yenə gerilədi - Reytinq

Qurban Qurbanovun səhvləri… - Millət vəkili

“Beşiktaş”dan Qurban Qurbanova hədiyyə - Foto

Deda "Qarabağ"ın əsas komandasına cəlb edilir?

“Roma” İtaliyada “Qarabağ”ı uda bilməsə...

Qurban Qurbanov: "Bu qədər məyus olmamışdım"

Uduzsan da, bizi utandırmadın, “Qarabağ” - Millət vəkili

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla