Yuxarı

“Ayağım düşərli oldu”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün qalib gəldik. Ayağım "Neftçi"yə düşərli oldu".

Axar.az xəbər verir ki, bu sözləri "Neftçi"nin Müşahidə Şurasının yeni sədri Çingiz Abdullayev Azərbaycan Premyer Liqasının 27-ci turunda "Bakı"ya qalib gəldikləri matçdan (2:0) sonra jurnalistlərə deyib.

O, "Neftçi"də dəyişikliklərin olacağını vurğulayıb:

"Ancaq indidən hansı dəyişikliklərin olacağını söyləyə bilmərəm. Gərək bununla bağlı müzakirələr aparaq, peşəkarlarla danışaq. Mən axı futbolçu deyiləm. Təbii ki, "Neftçi"də mütləq dəyişikliklər olacaq. Amma bununla bağlı hələlik tam məlumat verə bilmərəm. Bir aya hazırlaşacağıq".

Ç.Abdullayev "Neftçi"də aparılacaq struktur dəyişikliyi barədə suala da cavab verib:

"Daha sonra yeniliklər barədə danışacağıq. İndidən hansısa struktur dəyişikliyi haqda danışmaq ciddi olmaz".
Bununla belə o bildirib ki, klubda köklü islahatlar olacaq: "Neftçi"də hər şey dəyişəcək".

Ç.Abdullayev Azərbaycan kubokunun yarımfinal mərhələsində uğurlu çıxış edəcəklərinə inandığını da söyləyib.

Tarix
2015.04.02 / 00:57
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla