Yuxarı

“Xəzər Lənkəran” “Neftçi”dən qisasını aldı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublikası stadionunda Azərbaycan superkubokunun sahibi müəyyənləşib. Superkubok uğrunda son ölkə çempionu və kubokun sahibi "Neftçi" ilə son ölkə kubokunun finalçısı "Xəzər Lənkəran" üz-üzə gəlib.

Qarşılaşmada ilk sevinən tərəf Lənkəran klubu olub. Matçın 27-ci dəqiqəsində Mbilla Etame "XL"i önə keçirib. "Neftçi" bu qola ikinci hissənin 68-ci dəqiqəsində Kordosoyla cavab verib. 90 dəqiqənin sonuna bir dəqiqə qalmış isə "Xəzər Lənkəran" və milli komandanın müdafiəçisi Rasim Ramaldanovun qolu Lənkəran klubuna tarixində ilk dəfə olaraq ölkə superkubokunu qazandırıb.

23 oktyabr

Azərbaycan superkuboku

15:00. "Xəzər Lənkəran" – "Neftçi" - 2:1

Qol: Etame, 27 (1:0), Kardoso, 68 (1:1), Rasim Ramaldanov, 89 (2:1)

Qırmızı vərəqə: Sadio Tounkara, 64 ("Xəzər Lənkəran")

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Vaqif Musayev, Rauf Cabbarov.

Naxçıvan. İbrahimxəlil Axundlu adına stadion.

Tarix
2013.10.24 / 00:10
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla