Yuxarı

Valeybolçularımız estonları məğlub etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunda millimiz qələbə qazanıb.

"Axar.az" AzərTAc-a istinadla bildirir ki, dünya çempionatının seçmə mərhələsində J qrupun oyunlarının keçirildiyi Azərbaycan Voleybol Mərkəzində milli komandamız Estoniya voleybolçuları ilə qarşılaşıb. Meydan sahiblərinin üstünlüyü şəraitində keçən görüşdə Azərbaycan millisi 3:0 hesabı ilə qalib gəlib.

Komandamızın növbəti rəqibi Serbiya yığmasıdır. Bu görüş yanvarın 5-də Azərbaycan Voleybol Mərkəzində keçiriləcək.

Qeyd edək ki, çempionatın üçüncü mərhələsində 5 qrupun hər birində 4 komanda olmaqla, ümumilikdə 20 ölkənin milli komandası mübarizə aparacaq. Qrupda birinci yeri tutan komanda dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Qrup ikinciləri arasında ən yaxşı nəticə göstərmiş bir kollektiv də həlledici mərhələyə yüksələcək.

Tarix
2014.01.04 / 22:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla