Yuxarı

“Neftçi” rəhbərliyi istefa verməlidir” – Gərginlik

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox təəssüf ki, komanda 2-3 il bundan öncə tarix yazmaqda davam edirdisə, indi anti-rekordlarla yadda qalır. Təsəvvür edin ki, "Rəvan" çempionatda ilk qələbəsini "Neftçi" üzərində qazandı. Durum çox kritikdir.

Axar.az-ın xəbərinə görə, bu sözləri "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov söyləyib.

T.Süleymanov "Qol.az"a müsahibəsində bildirib ki, "Neftçi"nin icraçı direktoru Elnur Məmmədov Tacikistana klub idarəçiliyi ilə bağlı mühazirə oxumağa gedəcək: "Maraqlıdır ki, o mühazirənin adı nə olacaq? Yəqin "Neftçi" kimi bir klubu qısa müddətdə necə dağıtmağın yollarını izah edəcək.

Orta Asiya ölkələrinin həqiqətən futbol biliklərinə ehtiyacı var. Elnur Məmmədov bir az da o yana gedib, Monqolustanın paytaxtı Ulan Batorda "Batır" adlı bir komanda yaratsın. Bu ad "Neftçi"nin indiki vəziyyətinə uyğun olar. Onsuz da "Neftçi" batır".

Onun sözlərinə görə, klub rəhbərliyi istefa verməlidir: "Özlərinə bir faiz də olsa hörmət qoyurlarsa, dünənki oyundan sonra tam tərkibdə azarkeşlərdən və futbol ictimaiyyətindən üzr istəyib istefa verməliydilər. Əgər getmək istəmirlərsə, yəqin tribunadan o sözləri eşitmək onlara xoşdur".

Tarix
2015.11.09 / 20:14
Müəllif
Elçin Alıoğlu
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla