Xankəndidə daha 1 qumbaraatan və 7 qumbara tapıldı
09:52
Ana səhifə İdman |
İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Rafael Benites istefaya göndərilib.
Report-un məlumatına görə, bu barədə qərar klub prezidenti Florentino Peresin rəhbər heyət üzvləri ilə keçirdiyi görüşdə qəbul olunub.
55 yaşlı mütəxəssislə anlaşma pozulub. Əvəzində bu post Zinəddin Zidana tapşırılıb. Zidan Benitesi əvəzləməyə razılıq verib. Benitesin istefaya göndərildiyinə dair xəbər tezliklə rəsmən açıqlanacaq.
Qeyd edək ki, İspaniya çempionatında 18 turdan sonra "Real Madrid" 37 xalla 3-cü pillədə qərarlaşıb.
Tarix
2016.01.04 / 20:01
|
Müəllif
Axar.az
|