15 gündə qarın piyini əridən içki
02:05
Ana səhifə İdman |
FIFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yanvarın 6-da növbəti oyununu keçirib.
Report xəbər verir ki, yığmamız Bolqarıstanın U-19 komandası ilə qarşılaşıb.
Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyunda Azərbaycan millisi 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Gülər Mətin və İbrahim Qədirzadə vurub.
Xatırladaq ki, yığmamız turnirdə ilk oyununu yanvarın 4-də Latviyanın U-19 komandasına qarşı keçirib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Tarix
2016.01.06 / 21:17
|
Müəllif
Axar.az
|