Yuxarı

Tikinti obyektlərinə texniki şərtlərin verilməsi ilə bağlı - Dəyişiklik

Ana səhifə İntervyu
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti "İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları"na dəyişikliklər edib.

APA-nın məlumatına görə, texniki şərtlər elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektlərində elektrik qurğularının enerji təchizatı şəbəkəsinə (ETŞ) qoşulması ilə əlaqədar layihənin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir.

Enerji təchizatı müəssisəsi (ETM) xüsusi icazə əsasında əhalinin və digər istehlakçıların elektrik enerjisi ilə təchizatına təminat verən hüquqi şəxsdir. Tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, tikinti obyekti üçün texniki şərtlər sifarişçinin müvafiq yerli icra hakimiyyəti orqanına (MYİHO) müraciətinə (ərizəsinə) əsasən MYİHO-nun sorğusu əsasında ETM tərəfindən verilir. İndiyə qədər sorğunun və ya ərizənin qeydiyyata alındığı gündən 20 iş günü müddətində ETM texniki şərtin verilməsini təmin edib və bir qayda olaraq texniki şərtlərin qüvvədəqalma müddəti 2 il müəyyən edilib. Dəyişikliyə əsasən bundan sonra 10 iş günü müddətində ETM texniki şərtin verilməsini təmin etməlidir. MYİHO-ya və ya sifarişçiyə texniki şərtlərin verilməsindən imtina edildikdə, bu barədə ona imtinanın səbəbləri göstərilməklə, 10 iş günü müddətində yazılı məlumat verilibsə, artıq bu barədə 5 gün ərzində məlumat verilməlidir. İndiyə qədər ETM xidmət etdiyi rayon və ya şəhər üzrə ETŞ–nin sərbəst gücləri və qoşulma imkanları haqqında öz rəsmi internet səhifəsində məlumat verib. Bundan sonra ETM xidmət etdiyi rayon və ya şəhər üzrə ETŞ-yə qoşulma nöqtələrini və bu nöqtələrdə şəbəkənin sərbəst güclərini əks etdirən interaktiv elektron xəritəni öz rəsmi internet səhifəsində yerləşdirməlidir.

Digər dəyişiklik ETŞ-ə qoşulma xərci ilə bağlıdır. İndiyə qədər tikinti obyektləri üçün tələb olunan güc 7 kVt (7 kVt da daxil olmaqla, mövcud 0.4 kV-luq şəbəkədən) və qeyd edilən tikinti obyektlərindən ETŞ–yə qoşulma nöqtəsi 50 metr olduqda (50 metr də daxil olmaqla), sifarişçi tərəfindən qoşulma işləri ilə bağlı xərclər və qoşulma haqqı ödənilməyib. ETM texniki şərtlər əsasında (qoşulma ilə bağlı layihə işləri də daxil olmaqla) ETŞ–yə qoşulma işlərini öz hesabına 15 iş günü müddətində həyata keçirib. Bundan sonra da tikinti obyektləri üçün tələb olunan güc 7 kVt-dək (7 kVt daxil olmaqla, mövcud 0.4 kV-luq şəbəkədən) və qeyd edilən tikinti obyektlərindən ETŞ-yə qoşulma nöqtəsi 50 metrədək olduqda (50 metr daxil olmaqla), qoşulma haqqı ödənilməyəcək. Ancaq ETŞ-yə qoşulma işləri sifarişçinin müraciəti əsasında verilmiş texniki şərtlərə uyğun olaraq ETM ilə sifarişçi arasında razılaşdırılmış müddətdə sonuncunun, yəni sifarişçinin hesabına həyata keçiriləcək.

Qeyd edək ki, indiyə qədər tikinti obyektləri üçün tələb olunan gücün maksimal həddi 7 kVt-dan yuxarı olduqda, sifarişçi həm qoşulma haqqı ödəyib, həm də qoşulma işləri ilə bağlı xərcləri çəkib. Sifarişçi tərəfindən texniki şərtlərin tələbləri yerinə yetirildikdən və qoşulma haqqı ETM-in bank hesabına ödənildikdən sonra, onun tikinti obyektinin ETŞ–yə qoşulmasına dair qoşulma aktı tərtib edilir və tikinti obyekti ETŞ–yə 5 iş günü ərzində qoşulub. Dəyişikliyə əsasən 5 iş günü müddəti də azaldılıb və 3 iş günü müddətinə endirilib.

Digər bir dəyişikliyə əsasən ETM artıq texniki şərtlərin hazırlanması və verilməsi sahəsində sənədləri elektron qaydada da qəbul edəcək. Başqa sözlə, ETM müəyyən edilmiş qaydada doldurulmuş sorğu, ərizə və tələb olunan sənədlərin elektron formada qəbul edilməsini, bu barədə göndərən şəxsə təsdiqetmə bildirişinin göndərilməsini və həmin sənədlərə müəyyən edilmiş qaydada və müddətdə baxılmasını təmin edəcək.

Qoşulmaya dair tədbirlərin əhatə dairəsi də genişləndirilib. İndiyə qədər bu sahədə tədbirlərə Energetika Nazirliyinin Dövlət Enerji Nəzarət İdarəsi tərəfindən ETM və sifarişçinin iştirakı ilə qoşulan elektrik qurğularına (yaşayış evləri və elektrik avadanlıqlarının istismarı üçün müvafiq elektrotexniki heyətin tələb olunmadığı hallar istisna olmaqla) texniki baxışın keçirilməsi, habelə texniki şərtlərin və layihənin tələblərinin tam yerinə yetirilməsi müəyyən edildiyi halda, 5 iş günü müddətində istismara buraxılış aktının verilməsi daxil olub. Bundan sonra isə tikinti obyektlərinin (yaşayış evləri və elektrik avadanlıqlarının istismarı üçün müvafiq elektrotexniki heyətin tələb olunmadığı hallar istisna olmaqla) ETŞ-yə qoşulma işləri həyata keçirildikdən sonra 5 iş günü müddətində Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsi tərəfindən ETM və sifarişçinin iştirakı ilə həmin tikinti obyektlərinin elektrik qurğularına texniki baxış keçirilərək texniki şərtlərin və layihənin tələblərinin tam yerinə yetirilməsi müəyyən edildiyi halda, istismara buraxılış aktının verilməsi, sifarişçi ilə ETM arasında iki nüsxədə balans mənsubiyyəti sərhədi, tərəflərin istismar məsuliyyəti və qoşulma aktlarının imzalanması, elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanılması, ETM tərəfindən tikinti obyektinin elektrik qurğularının kommutasiya aparatı vasitəsilə ETŞ-yə fiziki qoşulması, gərginliyin və elektrik enerjisinin verilməsi həyata keçiriləcək.

Tarix
2016.11.18 / 18:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla