Yuxarı

Azərbaycan bütün dünyaya göstərir ki... - Boroda

Ana səhifə İntervyu
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Yəhudi İcmaları Federasiyasının prezidenti, Yəhudi Muzeyinin və Tolerantlıq Mərkəzinin banisi, Rusiya Federasiyası İctimai Palatasının üzvü Aleksandr Boroda AzərTac-a verdiyi müsahibədə Azərbaycan ilə İsrail arasında münasibətlərin inkişafı barədə söhbət açıb, dünyada multikultural dəyərlərin təbliğinə Azərbaycanın verdiyi töhfələri yüksək qiymətləndirib.

Axar.az həmin müsahibəni təqdim edir:

-Aleksandr Moiseyeviç, siz Azərbaycan ilə İsrail arasında indiki münasibətləri və onların gələcək inkişafını necə təsəvvür edirsiniz?

-Azərbaycan İsrail ilə diplomatik münasibətləri inkişaf etdirən az sayda müsəlman dövlətlərindən biridir. Hazırda ölkələrimiz arasında münasibətlər çox səmərəli və qarşılıqlı faydalı şəkildə inkişaf edir. Bu, ən müxtəlif sahələrə - siyasət, sənaye, mədəniyyət və bir sıra başqa sahələrə aiddir.

Məlumdur ki, İsrailin neftə tələbatının 40 faizdən çox hissəsini Azərbaycan ödəyir. İsrail də öz növbəsində Azərbaycan hərbi texnika göndərir.

İsrailin və Azərbaycanın rəsmi şəxsləri qarşılıqlı səfərlər edirlər. İsraildə “Azİz” beynəlxalq İsrail-Azərbaycan Assosiasiyası, İsrail Azərbaycanlılar Konqresi və İsraildə Azərbaycan diasporunun Əlaqələndirmə Şurası fəaliyyət göstərir, Knessetdə isə hazırda müdafiə naziri Aviqdor Libermanın başçılıq etdiyi “İsrail-Azərbaycan” deputat qrupu mövcuddur.

-2016-cı il Azərbaycanda multikulturalizm devizi altında keçib. 2017-ci il isə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan edilib. Siz dünyada multikultural münasibətlərin inkişafına Azərbaycanın töhfəsini necə qiymətləndirirsiniz?

-Şübhəsiz, Azərbaycan bütün dünyada, o cümlədən Rusiyada da multikultural münasibətlərin inkişafına böyük töhfə verir. Azərbaycan müsəlman ölkəsinin gözəl nümunəsidir. O, İslam dininin xeyirxah, sülhsevər din olmasını bütün dünyaya göstərır və İslamın guya radikal inam olması barədə yayılmış stereotipləri alt-üst edir. Bu ölkədə milli azlıqların dəstəklənməsi siyasəti, o cümlədən dini icmaların maliyyələşdirilməsi proqramı həyata keçirilir.

Azərbaycanda müxtəlif millətlərin və konfessiyaların nümayəndələri yaşayır, bu ölkədə çoxsaylı Yəhudi İcması mövcuddur. Azərbaycan Yəhudi İcmasının fəaliyyəti “icma həyatı” hüdudlarını çoxdan aşıb. Bu gün o, ölkənin ictimai və siyasi həyatında fəal iştirak edir, məsələn yerli hakimiyyət orqanları və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təşkil edilən dinlərarası tədbirləri dəstəkləyir. Deputat Yevda Abramov bu icmanı ölkə parlamentində təmsil edir.

Tarix
2017.02.01 / 18:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla