Yuxarı

Dolların kursu bankların durumundan asılıdır?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq kommersiya banklarının hər biri öz hesabatını açıqlayıb və bu hesabatlar həm bankların öz saytında, həm də Azərbaycan Banklar Assosiasiyasının təsis etdiyi qəzetdə yer alıb.

Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev məlumat verib.

Onun sözlərinə görə, bütün bankların 2005, 2010 və 2015–ci illəri əhatə edən fəaliyyəti geniş məlumatlar toplusu şəklində saytda yerləşdirilib. İstənilən şəxs bu məlumatlarla yaxından tanış ola və suallarını həmin banklara ünvanlandıra bilər.

Z.Nuriyev həmçinin qeyd edib ki, bu gün Azərbaycanda manat və ya valyuta çatışmazlığı məsələsi gündəmdə deyil. Belə ki, valyuta bir əmtəə növü olaraq, nə qədər varsa, o qədər həcmdə də satıla bilir.

Assosiasiya sədri bildirib ki, hazırkı mərhələdə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ciddi şəkildə banklar üzərində nəzarət gücləndirilib. Problem yaşanmış və yaxud kapital yetərsizliyi olmayan bankların əksəriyyətində də kapital yetərliyinin təmini üzrə tədbirlər görülüb və bu tədbirlər davam etdirilir. "Lakin dolların kursunun qalxması və ya enməsi təbii ki, birbaşa bankların vəziyyəti ilə əlaqədar deyil. Bank sektorunda bu gün yaranan və bağlanan banklarda da mövcud olan problem yalnız iqtisadi subyektlərin banklardan aldığı kreditə xidmət edə bilməməsi nəticəsində yaranıb. Bankların heç biri burada baş verən hər hansı əməliyyatlar səbəbindən bağlanmayıb. Düşünürük ki, iqtisadi subyektlər borclarının ödənilməsinə daha həssas yanaşacaqlar", - deyə Zakir Nuriyev vurğulayıb.

Tarix
2016.11.23 / 18:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla