Yuxarı

Azərbaycan OPEK-in iclasında təmsil olunacaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) noyabrın 28-də Vyanada keçiriləcək Yüksək Səviyyəli Komitənin ikinci iclasında iştirak edəcək.

Axar.az xəbər verir ki, iclasda ölkəmizi Azərbaycanın Energetika naziri Natiq Əliyev təmsil edəcək.

İclasda ölkələrin neft hasilatında payının müəyyənləşdirilməsi, hasilatın həcminin dəyişdirilməsi ilə bağlı əldə edilməli olan nəticəyə dair proqnozlaşdırma aparılması və qərar qəbul edilərsə, onun idarəetmə mexanizminin yaradılması kimi məsələlər müzakirə olunacaq. Azərbaycan prosesin müsbət sonluqla yekunlaşmasına dəstək nümayiş etdirəcək.

Rəsmi Bakının dünya enerji balansının bərpa edilməsi istiqamətində nümayiş etdirdiyi konstruktiv mövqe, öz neft siyasətini dəyişən reallıqlara uyğunlaşdırmağa çalışması, OPEK və qeyri-OPEK ölkələrinin toplantısında irəli sürülən müddəaların, həll təkliflərinin hələ bu tədbirdən əvvəl Prezident İlham Əliyev səviyyəsində bəyan edilməsi, digər neft ölkələri ilə müqayisədə rəsmi Bakının birmənalı, konkret, düşünülmüş və tərəddüdsüz siyasəti böyük maraq kəsb edib, böhran situasiyalarında doğru qərarlar qəbul etməyi bacaran dövlət kimi Azərbaycanın nüfuzu daha da möhkəmlənib. Prezident İlham Əliyev Venesuela Prezidenti Nikolas Maduronun ölkəmizə səfəri zamanı dünyanın neft bazarının tənzimlənməsi, sabitləşdirilməsi və neftin qiymətinin qalxması üçün Azərbaycanın öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edib, digər neft ölkələrini də oxşar addımlar atmağa çağırıb.

Tarix
2016.11.24 / 16:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla